Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb.
Tarix: 28-03-2023 | Saat: 16:19
Bölmə:Özəl | çapa göndər
Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik, dövlət quruculuğu kursu və bu müddət ərzində siyasi, hüquqi, sosial-iqtisadi həyatda aparılan köklü və hərtərəfli islahat və yenidənqurma işlərinin real nəticələrinin əldə edilməsi mərhələsi oldu. 2003-2008-ci illərdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyanın mühüm nailiyyətlərlə müşahidə olunması ulu öndərin başladığı prosesin bəhrələridir. Cənab İlham Əliyev eyni zamanda, özünün müasir dünyagörüşlü, yeni idarəçilik fəlsəfəsinə söykənən siyasətilə bu prosesə yeni çalar və impulslar gətirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasəti də istisna deyil və bu yöndə gerçəkləşdirilən fəaliyyəti kifayət qədər uğurlu və məhsuldar hesab etmək olar.
Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas məqsədlərindən, milli maraqların formalaşması və təminatında əhəmiyyətindən və tarixi varislik ənənələrindən danışarkən bildirmişdir: “Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”. Bütövlükdə həmin prinsiplər müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməyə, Azərbaycanın regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratmışdır.
Mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını da şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Ümumiyyətlə, müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Şübhəsiz ki, burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və müasir çağırışlara uyğun, düzgün strateji kursun, yəni daxili və xarici siyasətin həyata keçirilməsidir.
Yeni dövrün, zamanın tələblərinə uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur ki, onların da icrası təkmil Dövlət proqramlarının qəbulunu, onların icra mexanizminin müəyyənləşdirilməsini tələb edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli də bu məqamları özündə ehtiva edir. Son illərin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, təkmil sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün sahələrində şəffaflığın təmin edilməsi fonunda ölkənin hərtərəfli inkişafını təmin etməkdir. Şəffaflıq dayanıqlı inkişafın əsas amillərindən biri kimi bütün dövrlərdə öz aktuallığını qoruyur ki, bu da öz növbəsində nəzarətin gücləndirilməsini gündəmə gətirir.
Daim yeniləşməyə, təkmilləşməyə diqqət göstərən və bunu irəli sürdüyü təşəbbüsləri, icra etdiyi layihələri ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirilən VII qurultayında dövrün, zamanın tələblərinə uyğun təkmilləşmənin yol açdığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”, - deyə Prezident vurğulayıb.
Nəsimi RİH yanında Ağsaqqallar Şurasının sədr müavini
Həmidov İmamvredi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025