Mobil versiya
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir
Tarix: 28-03-2023 | Saat: 15:50
Bölmə:Özəl | çapa göndər

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

Azərbaycan Respublikasında son illər sosial, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü məntiqli siyasət, irimiqyaslı fundamental islahatlar dövlətimizi sürətlə dünyanın inkişaf etmiş ölkələri sırasına yaxınlaşdırmış, bir çox sahələrdə böyük uğurlar əldə edilmiş, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Dövlətimiz dünya siyasəti arenasında öz yerini möhkəmləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin qorunması istiqamətində hazırda balanslaşdırılmış siyasət həyata keçirilməkdədir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlərin əhəmiyyətini vurğulamaqla yanaşı, qeyd etmək lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı, əxlaqi normaların, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və ümumən dövlətin ideoloji əsaslarının formalaşdırılması istiqamətində görüləcək işlər çoxdur.
Azərbaycanda müstəqil cəmiyyətin qurulması siyasi, sosial-iqtisadi, təhsil, hüquq və s. bu kimi sferalarda çoxlu sayda islahatlarla müşayiət olunmuşdur. İslahatların elan olunması maksimum əlverişli şərait rejimini, dövlət büdcəsindən əlavə maliyyələşdirilməni, böyük beynəlxalq təşkilatlar tərəfindən əhəmiyyətli kömək göstərilməsini nəzərdə tuturdu. Etiraf etmək lazımdır ki, mədəniyyət siyasəti anlayışı özü həm Azərbaycanda, həm də bütün dünyada nisbətən yeni anlayışdır. Mədəniyyət siyasətinin bir elm kimi əsasını qoyanlardan biri Fransanın əfsanəvi mədəniyyət naziri, gözəl fransız yazıçısı Andre Malro olmuşdur (10). 60-cı illərin fransız cəmiyyətində mədəniyyət haqqında yeni anlayışın, onun inkişafının strategiyasının, cəmiyyətdə yeni rolunun formalaşdırılması ona nəsib olmuşdur. Şübhəsiz ki, bu ideyalar cəmiyyətin özünün belə dəyişikliklərə həvəsini, hazırlığını və istəyini əks etdirirdi.
Müasirləşən Azərbaycanın qlobal səviyyədə sosiomədəni proseslərin dərinləşməsi, mədəniyyətlərarası qarşılıqlı dialoqun, ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlığın inkişafı, müxtəlif dinə mənsub olan xalqlar və millətlər arasında mehriban təmasların yaranması istiqamətində fəaliyyəti həmçinin dünya xəritəsində geosiyasi və geomədəni vəziyyəti nüfuzlu beynəlxalq qurumların ölkəmizin bu sahədə irəli sürdüyü təşəbbüslərinin dəstəklənməsinə səbəb olmuşdur. Bu amillər ölkəmizin beynəlxalq mədəni proseslərdə nüfuzunu artırmaqla yanaşı, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq ölkəsi kimi tanınmasına və hamı tərəfindən qəbul olunmasına səbəb olmuşdur.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” - fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.
İnkişafında durğunluq dövrünü yaşayansiyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.“Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

Nəsimi rayon İctimai Şuranın katibi
Hacıyeva Gülnarə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024