Beynəlxalq əqli mülkiyyət sisteminin əsası 140 il əvvəl qoyulub
Tarix: 27-03-2023 | Saat: 16:53
Bölmə:Parlament | çapa göndər
1883-cü il 20 mart tarixində Paris şəhərində Sənaye mülkiyyətinin mühafizəsi haqqında Konvensiya imzalanıb. Paris Konvensiyası ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının və digər əqli mülkiyyət obyektlərinin qorunmasının əsas prinsiplərini müəyyən edən ilk çoxtərəfli beynəlxalq müqavilədir.
Hazırda 179 dövlət Paris Konvensiyasının iştirakçısıdır. Azərbaycan Respublikası 1995-ci ildə bu konvensiyaya qoşulub.
Paris Konvensiyası ilk dəfə olaraq əqli mülkiyyət sahəsinin əsas anlayışlarını, əqli mülkiyyətin hüquqi qorunmasının milli sistemlərinin fəaliyyət prinsiplərini və onların qarşılıqlı əlaqəsini, müəlliflərin, ixtiraçıların və patent sahiblərinin hüquqlarını formalaşdırmışdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025