Milli həmrəylik
Tarix: 27-03-2023 | Saat: 11:31
Bölmə:Özəl | çapa göndər
İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
Azərbaycan 27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkədə internetin verilişində bəzi məhdudiyyətlər tətbiq olundu.Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi də xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırmışdır.Hərbi vəziyyətlə əlaqədar olaraq Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan başlayaraq Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olundu.Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir.Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzaladı və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.Sərəncam 28 sentyabr qüvvəyə minib.Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinc və ruh-yüksəkliyi ilə qarşılandı.Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türk qardaşlarımız bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandanımız İlham Əliyevə çoxsaylı təbrik məktubları göndərdi.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına "ermənilərə qarşı döyüş əmri" gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib.Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır. Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılırdı.30 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, AFFA ilə birlikdə "Biz birlikdə güclüyük" adlı bayraq aksiyası təşkil edib.Aksiya könüllüləri paytaxt Bakının 3 fərqli hissəsində yüzlərlə bayraq payladılar.Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593 AZN və 5102 ABŞ dolları vəsait daxil olub.Bu bütün Azərbaycan xalqının Həmrəyliyidir.
Murad Məhəmmədli Asif.
Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024