Mobil versiya
Xalqımız özünün sevimli bayramını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.
Tarix: 17-03-2023 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

Xalqımız özünün sevimli bayramını ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.

Əziz həmvətənlər!

Xalqımızın əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur.Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Tarixin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çatan Su çərşənbəsi bərəkətli torpaqlarımıza, bütün canlı varlıqların ən xırda quruluşlarına kimi büllur damlalı su çiləyərək onları qış yuxusundan oyatdı, Od çərşənbəsi onlara hərarət bəxş edərək isitdi, Yel çərşənbəsi bu hərarəti ən əlçatmaz guşələrə yaydı, Torpaq çərşənbəsi bərəkəti yetişdirməyə hazır olduğunu bildirdi. Bu yeniləşmənin ardıcıllığı bayrama çevrilərək Novruz adlandırıldı. Novruz bayramında təkcə təbiət deyil, bütün canlılar, o cümlədən insanlar da dəyişir, yeniləşir.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.

Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqımızın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır.

Novruz həm də həmrəylik bayramıdır. Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də təntənə ilə qeyd edirlər. Novruz bütün dünyadakı soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşməsinə kömək edir, onlarda Vətənə bağlılıq hisslərini gücləndirir.

Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz Bayramınız Mübarək!

Zahir Qəhrəmanov,
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024