Mobil versiya
Qlobal Bakı Forumu göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir
Tarix: 16-03-2023 | Saat: 10:44
Bölmə:Özəl | çapa göndər

Qlobal Bakı Forumu göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir

Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir. Açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi X Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Bu günlərdə baş tutan X Qlobal Forum da bu qəbildən olan tədbirlərdən biridir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
X qlobal Forumun açılışında iştirak edərək nitq söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan 3 ildir ki, sədrlik etdiyi Qoşulmamam Hərəkatında sədrliyini başa çatdırmaq üzrədir. Bu müddətdə həyata keçirilən tədbirlərə gəlincə, qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatında olan passivlik aradan qaldırılmış, beynəxallq münasibətlərə dair 3 Zirvə toplantısı keçirilmişdir. Zirvə toplantılarından biri COVİD-19-la mübarizəyə həsr edilmiş, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı kimi çıxış edilmişdir.Hərəkatın fəaliyyətinin canlandırılmasında kifayət qədər rolu olan Azərbaycan fəliyyətini daha geniş miqyasda davam etdirmək əzmindədir.
Son 10 ildə öz uğurunu sübut edən Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək: “Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var”. Cənab Prezident panellərdən birinin multilateralizmə həsr olunmasından məmnunluq ifadə edərək bildirdi ki, “Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.”
Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatının institusional inkişafının təmin edilməsi, 60 illik tarixində ilk dəfə Parlament Şəbəkəsinin yaradılması, Hərəkatın Gənclər Şəbəkəsinin təsis edilməsi onun katibliyi Bakıda yerləşməsi də qazanılan uğurlu nəticələrdən biri olmuşdur.
Cənab Preizdent bildirmişdir ki, bu ilin sonunda Azərbaycanın sədrlik müddəti başa çatsa da , bu təşkilatın daha yaxşı fəaliyyət göstərməsi sahəsində səylər davam etdiriləcəkdir.
Daha sonra bu gün dünyada yaşanan enerji təıhlükəsizliyi böhranından çıxış yollarını qeyd edən cənab İlham Əliyev Azərbaycanın bu sahədə həyata keçirdiuyi tədbirlərdən, enerji mənbələrindən səmərəli istifadə yollarından və təmiz enerji siyasətindən söz açaraq Avropanın Azərbaycanı etibarlı tərəfdaş adlandırmasının səbəblərini göstərdi. Cənab Prezident qeyd etdi: “Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki əsaslandırma prosesini aparırıq.”
Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024