Mobil versiya
“Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında tədbir keçirib -Fotolar
Tarix: 15-03-2023 | Saat: 17:10
Bölmə:Seçki 2024 | çapa göndər

“Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında tədbir keçirib

“Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında tədbir keçirir.
Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında YAP üzvlərinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
15 mart 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının Qarayeri qəsəbəsində yerləşən ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Qarayeri qəsəbə 1saylı orta məktəbində “Heydər Əliyev işığı daim bizimlədir” adlı geniş tədbir keçirildi. Tədbirdə Qarayeri qəsəbə, 1saylı tam orta məktəb, 2 saylı tam orta məktəb, uşaq musiqi məktəbi və uşaq bağçası ərazi partiya təşkilatlarının YAP üzvləri iştirak edirdilər. Tədbirə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və aparat əməkdaşları dəvət edilmişdi.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.
Sonra ərazi partiya təşkilat sədrləri və partiya fəalları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışdılar. Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024