Mobil versiya
Məhəd Vəkilov: Azərbaycan reallıqlarını əks etdirən Qlobal Bakı Forumu
Tarix: 14-03-2023 | Saat: 12:29
Bölmə:Parlament | çapa göndər

Məhəd Vəkilov: Azərbaycan reallıqlarını əks etdirən Qlobal Bakı Forumu

4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin, 23 ölkənin xarici işlər nazirlərinin müavinlərinin olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi, Prezidentimiz cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu yüksək səviyyəli bir tədbir kimi yadda qaldı. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələlərinə və sülhün təmin olunması perspektivlərinə, dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. İştirakçılar Avropanın gələcəyi ilə bağlı öz təsəvvürlərini bölüşdülər.
Bu forum öz əhəmiyyətinə və miqyasına görə Davos Dünya İqtisadi Forumundan heç də geri qalmır, bəlkə də ondan daha əhəmiyyətlidir. Qlobal Bakı Forumunu əhəmiyyətli edən məsələlərdən biri də onun tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tamamilə müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Artıq diplomatiya mərkəzinə çevrilmiş ölkəmizdə son bir il ərzində üç böyük toplantı təşkil olunmuşdur. Hər üç platformada da əsasən, hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuş və bütövlükdə toplantıların elə məqsədi və məramı məhz, onun üzərində köklənmişdi. Qlobal Bakı Forumu heç bir halda konkret hansısa bir dairənin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi daşımır. Forum dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən önəmli bir toplantıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar zəngin təcrübəsini diqqətə çatdırdı. Həmçinin, Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini də təqdim etdi. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsindəki təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli bir töhfə verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Forumda çıxışı zamanı bildirdi ki: “Mən burada müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istərdim. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi.” Qeyd edək ki, X Qlobal Bakı Forumunun açılış mərasimində Prezidentimiz cənab İlham Əliyev olduqca əhəmiyyətli çıxışında bir çox məqamlar barədə, o cümlədən ölkəmizdə mövcud olan dinlərarası və mədəniyyətlərarası münasibətlər, birgəyaşayış ənənəsi, tolerantlıq mövzusunda vacib mesajlar söylədi. Xüsusilə, Qarabağda yaşayan erməni əhalinin hüquqları ilə bağlı dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırdı.
Forumda iştirak etmək üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq ənənəyə çevirdiyi bu tədbirində iştirakından məmnunluğunu bildirərək qeyd etdi ki: “Zati - aliləri Prezident İlham Əliyev, bildirmək istəyirəm ki, gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda, - necə ki siz adlandırırsınız, - olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar.”
Beləliklə, 61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi X Qlobal Bakı Forumu yüksək səviyyəli bir tədbir kimi yadda qaldı və bir daha Azərbaycanın mövcud reallıqlarını, onun prinsipial mövqeyini, bütün sahələr üzrə səmərəli təkliflərini və uğurlu əməkdaşlıq təcrübəsini ortaya qoydu.

Məhəd Vəkilov
YAP Qazax rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2024