Eldar Quliyev: “Dünya ölkələrinin liderləri mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və şəxsən cənab Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirirlər”
Tarix: 14-03-2023 | Saat: 10:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-4 | çapa göndər
ƏVVƏLİ BURADA
Bugünkü buraxılışımızda Azərbaycanın dünya və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin Avrasiya məkanında gedən proseslərdə rolu və mövqeyi, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır (...müsahibənin davamı).
- Eldar müəllim, söhbətimizi Davos İqtisadi Forumu mövzusunda davam etdirmək istəyirəm. Forumda keçirilən panel iclasında moderatorun Azərbaycan Prezidentinə ünvanladığı suallardan da belə qənaətə gəlmək olurdu ki, Avropa ictimaiyyətində ölkəmizin enerji siyasətinə qarşı maraq getdikcə daha çox artır. Sizcə bu nədən irəli gəlir?
- Bilirsiniz ki, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu getdikcə artır. Təbii ki, bu vəziyyət özünü Davosda əks etdirməyə bilməzdi. Hər zaman açıq siyasət yürütməyin tərəfdarı olan cənab Prezident İlham Əliyev təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olandan dərhal sonra ölkəmizin gördüyü tədbirlərdən də ətraflı danışdı. Qeyd olundu ki, 2021-ci ildə Avropa bazarına qazın ixracı təqribən 8 milyard kubmetrdən çox olduğu halda, bu il həmin göstərici ən azı 11,6 milyard kubmetrə çatdırılacaq. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda isə Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Dövlətimizin başçısı bunun üçün Avropada daha çox interkonnektorlara ehtiyac olduğunu vurğuladı. Məlumdur ki, ötən ilin sonlarında açılmış Yunanıstan-Bolqarıstan interkonnektoru ölkəmizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanı verdi. Əlbəttə ki, bu gün təbii qazın ixrac həcmi artıq Avropa ölkələrini qane eləmir. Səbəb də artıq bir ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsidir. Məhz bu müharibə nəticəsində enerji təhlükəsizliyi məsələsi indi Avropanı düşündürən və təcili həlli yolları axtarılan ən vacib problemə çevrilib. Təbii ki, Azərbaycan da etibarlı tərəfdaş ölkə olaraq bu problemin həllində önəmli rol oynayır. Avropa ictimaiyyətinin ölkəmizin enerji siyasətinə marağının getdikcə artması da ilk növbədə məhz bu məqamla izah olunur.
- Bu gün bir çox Avropa ölkələri ilə Azərbaycanın əlaqələri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Təbii ki, bu tendensiya ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinin, nüfuzunun yüksəlməsinin göstəricisidir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 30 yanvar tarixində Macarıstana rəsmi səfərini necə şərh edərdiniz?
- Azərbaycan özünün xarici əlaqələrinin istər müxtəlif beynəlxalq təsisatların tərkibində, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli və ya çoxtərəfli formatlarda inkişaf etdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən Macarıstan da artıq uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətlərini saxlayan və inkişaf etdirən ölkələrdən biridir. Dövlət başçımızın yanvar ayında Macarıstana etdiyi rəsmi səfəri də bunu bir daha təsdiqlədi. Cənab Prezident Budapeştdə mətbuata verdiyi bəyanatında da vurğuladı ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi, bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyi daha da gücləndirəcəklər. Qeyd etmək lazımdır ki, Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm də ümumilikdə Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış sənədlər də onu göstərir ki, Macarıstan və Azərbaycan həqiqətən dost ölkələrdir. Bu gün Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq üçün güclü zəmin hər iki ölkənin uzun illər ərzində apardıqları uğurlu siyasət, atılan birgə addımlar nəticəsində yaranıb. Lakin ölkələrimiz arasında digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsi də həyata keçirilir. Məlumdur ki, Macarıstan da dənizə çıxışı olmayan ölkədir. Buna görə də bu layihənin böyük potensiala malik olması hər iki ölkənin maraqlarına cavab verir. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin şəkildə artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu isə bütün lazımi tələblərə cavab verir. Həmçinin ölkələrimiz arasında bu gün təhsil sahəsində aparılan əməkdaşlığın çox yaxşı nəticələri var. Artıq 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda təhsil alır. Bu da əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir.
- Bu mövzunun davamı kimi, Rumıniya Prezidentinin fevralın ayında Azərbaycana səfərini də qeyd edə bilərik...
- Əlbəttə, bu səfər zamanı, səhv etmirəmsə fevral ayının 2-də, mətbuata verdiyi bəyanatında Rumıniya Prezidenti cənab Yohannis özü də qeyd etmişdi ki, onun ölkəsi Cənubi Qafqaz bölgəsində ilk olaraq məhz Azərbaycanla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Həmçinin Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Həqiqətən də Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malik olublar. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, indiyədək ölkələrimiz arasında Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu tərəfdaşlıq sadəcə imzalanmış sənədlərdə deyil, eyni zamanda da ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasında öz təsdiqini tapır. Əldə olunan razılaşmalara əsasən iki ölkə arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Təbii ki, bu gün məhz energetika sahəsində əməkdaşlıq daha aktualdır. Həm də bu aktuallıq təkcə Azərbaycan-Rumıniya münasibətlərində deyil, eyni zamanda bütün dünya ölkələrinin gündəliyində özünü göstərir. Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Rumıniya Azərbaycan qazını yalnız istehlak etməyəcək. Bu ölkənin imkanlarından istifadə olunaraq bir çox digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.
- Bu il Prezident İlham Əliyevin qatıldığı mühüm beynəlxalq tədbirlərdən biri də əlbəttə ki, fevralın 18-də keçirilən Münxen Təhlükəsizlik Konfransı oldu. Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclasın gedişində moderator tərəfindən məhz bu gün Avropanı xüsusilə narahat edən Rusiya-Ukrayna müharibəsi mövzusunun önə çəkilməsini necə şərh edə bilərsiz?
- Bu, təbii ki, gözlənilən bir hal idi. Çünki müharibə birbaşa qitənin təhlükəsizlik məsələlərini, o cümlədən ilk növbədə enerji təhlükəsizliyi ilə bağlı məsələləri qabardır. Lakin diqqət etdinizsə, müzakirələrin gedişində bu mövzunun da daha çox məhz Cənubi Qafqazda gedən proseslərə təsiri baxımından dəyərləndirildiyi özünü aşkar büruzə verirdi. Bu xüsusda öz fikirlərini səsləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya-Ukrayna müharibəsinin ölkəmizə birbaşa təsiri olmadığını, bununla belə ümumi geosiyasi vəziyyəti tamamilə və hətta ola bilsin ki, həmişəlik dəyişdiyini vurğuladı. Həmçinin dövlətimizin başçısı Azərbaycan xalqının müharibənin nə olduğunu, onun insanlara hansı dəhşətləri yaşatdığını yaxşı bildiyini qeyd edərək, Avrasiyada sülhün bərqərar olunmasını birmənalı dəstəklədiyimizi bildirdi. Bunu da qeyd etmək lazımdır ki, plenar iclasın bir önəmli özəlliyi də Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin ilk dəfə bir araya gələrək görüşmələrində idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanması üçün yaxşı nümunə ola bilər. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda inzibati ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsini davamlı olaraq işlətməsi, Qarabağda yaşayan ermənilərin blokadaya alındıqları və hansısa humanitar böhranla üz-üzə gəldikləri barədə cəfəng iddiaları bu ölkənin hələ də sülh və mehriban qonşuluq şəraitində yaşamağa hazır olmadığını deməyə əsas verir. Dövləimizin başçısı Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati ərazi vahidnin olmadığını və Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmanın zəruriliyini bir daha hər kəsin diqqətinə çatdırmaqla öz haqlı və prinsipial mövqeyini növbəti dəfə ortaya qoymuş oldu. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün mövcud olan platformalara dair verdiyi açıqlamalar da xüsusi maraq doğurmaya bilməzdi. Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı Brüssel prosesinin və üçtərəfli formatın müzakirə edildiyini bildirən cənab Prezident İlham Əliyev bu formatın üçtərəfli yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma olduğunu diqqət mərkəzinə çəkdi və keçmiş Minsk qrupunun isə artıq yalnız kağız üzərində mövcud ola biləcəyini vurğuladı. Xüsusi olaraq, keçmiş həmsədrlərin vəziyyətə hələ ki, müəyyən təsir imkanlarına malik olduqlarını istisna etmədiyini deyən dövlət başçımızın Fransa hökumətinin birtərəfli ermənipərəst mövqe tutduğundan bu ölkənin yeni yaradılmış platformada artıq iştirak etmədiyini bəyan etməsi Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirdi.
- Eldar müəllim, bu il ölkəmizin ictimai-siyasi həyatında baş vermiş çox önəmli hadislərdən biri də sözsüz ki, mart ayının 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlamış X Qlobal Bakı Forumudur. Əlbəttə ki, bu barədə də fikirləriniz bizim üçün çox maraqlıdır...
- Heç şübhəsiz, bu, həqiqətən də çox önəmli bir hadisədir. Bildiyiniz kimi, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında ölkəmizdə 2013-cü ildən keçirilir. Bu gün bir çox dünya ölkələrinin liderləri, əksər beynəlxalq ekspertlər də təsdiq edirlər ki, Qlobal Bakı Forumu getdikcə nüfuzunu artıraraq, hazırda aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Bu baxımdan mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin rolu yüksək qiymətləndirilir. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik ölkələrin nümayəndələri iştirak edirlər. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, bu mötəbər tədbirin iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.
- Öz çıxışında Prezident İlham Əliyev müzakirə mövzularına dair fikirləri ilə də bölüşdü. Bu baxımdan dövlət başçımızın panellərdən birinin həsr olunduğu multilateralizm mövzusu ilə bağlı verdiyti açıqlamaları necə şərh edə bilərsiz?
- Bildiyiniz kimi, multilateralizm anlayışı beynəlxalq xarici iqtisadi əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə bərabərlik əsasında, eyni imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanan formatda təşkilini nəzərdə tutur. Məhz bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti multilateralizmin təbliği və təşviqi yönümündə ən bariz nümunələrdən biri kimi qiymətləndirilməlidir. Öz çıxışında cənab Prezident İlham Əliyev də ölkəmizin 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilin sonunadək uzadılmış sədrliyi dövründə Təşkilatı daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışdığını qeyd etdi. Bu məqsədlə indiyədək çoxsaylı beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olub. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edilib. Həmçinin Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım edib və koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edib. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafını təmin etmək üçün məqsədyönlü addımlar atılıb. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradılıb, Hərəkatın Gənclər Şəbəkəsi təsis edilib. Əlbəttə ki, bütün bunlar dünya ictimaiyyətinin nəzərindən qaça bilməz. Təsadüfi deyil ki, Azərbaycanın Qoşulmama Hərəkatında aparıcı rolu Təşkilata üzv olmayan digər ölkələrin dövlət başçıları tərəfindən də qeyd olunur. Ölkəmizin son illər ərzində oynadığı mühüm rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub.
- Artıq qeyd etdiyimiz kimi, bu gün bütün dünya ölkələrinin gündəmində duran ən vacib məsələlərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Qlobal Bakı Forumunda panel müzakirələrdən birinin də məhz bu mövzuya həsr olunacağı gözlənilən idi...
- Enerji təhlükəsizliyi bu gün bütün beynəlxalq platformalarda demək olar ki, ilk növbədə müzakirəyə çıxarılan ən aktual məsələlərdən biridir. Cənab Prezident İlham Əliyev də öz çıxışında bu mövzuya toxunaraq ilk növbədə tədbir iştirakçılarını IX Qlobal Bakı Forumundan sonra keçən bir il ərzində bu sahədə görülən işlər barədə ətraflı məlumatlandırdı. Həmçinin dövlətimizin başçısı ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladıqlarını xatırlatdı və bunun çox önəmli hadisə olduğunu qeyd etdi. Azərbaycan indi özünün yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində intensiv iş aparır. Artıq məlumdur ki, Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Bundan başqa quruda Azərbaycanın potensialı 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ümumilikdə ölkəmizin mövcud potensialı 200 qiqavata yaxındır. Buxarestdə imzalanmış müqaviləyə görə çəkiləcək xəttin gücü 4 qiqavatdır. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırılması işləri aparılır. Azərbaycan ilə dünyanın bu sahədə aparıcı şirkətlərindən olan “Masdar” arasında imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətinin yeni fəslidir. Bütün bunların nəticəsində Azərbaycan yaxın gələcəkdə artıq beynəlxalq yaşıl enerji bazarında da vacib təchizatçıya və oyunçuya çevriləcək.
- Eldar müəllim, söhbətimizin sonuna yaxınlaşırıq. İstərdim ki, bir qədər də sədri olduğunuz Ağsaqqallar Şurasının fəaliyyəti barədə danışasınız. Bildiyimə görə, bu yaxınlarda Sizin rəhbərlik etdiyiniz nümayəndə heyəti Türkiyə səfirliyini ziyarət edib...
- Fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ həqiqətən də bütün Türk dünyası üçün böyük sarsıntı oldu. Həmin ərəfədə mən və Əhliman müəllim (Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov – red.) Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında və Cənubi Afrika Respublikasında rəsmi səfərdə olan parlamentin nümayəndə heyətinin tərkibində idik. Səfər zamanı qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ barədə xəbəri aldıq və telefonla türk həmkarlarımızla əlaqə saxlayaraq bu faciə ilə bağlı onlara və bütün Türkiyə xalqına başsağlığı verdik. Həmçinin Milli Məclisin xətti ilə qardaş ölkəyə yardım etdik. Azərbaycan Ağsaqqallar Şurası zəlzələdən zərər çəkənlər üçün Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyasına qoşuldu və biz Türkiyəyə xeyli sayda yataq dəstləri, isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların ehtiyac duyduğu digər əşyalar göndərdik. Səfərdən qayıdan günün səhəri mən, Əhliman müəllim və Eldar müəllim (Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov – red.) Türkiyə səfirliyində olduq, səfir Cahit Bağçı ilə görüşdük və zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar bir daha böyük Türk xalqına başsağlığı verərək uca Allahdan ölənlərə rəhmət, xəsarət alanlara şəfa dilədik, matəm kitabına ürək sözlərimizi yazdıq.
Bilirsiniz ki, Azərbaycan Ağsaqqallar Şurası xarici əlaqələrinin genişləndirilməsini də hər zaman diqqət mərkəzində saxlayır. Bu baxımdan deməliyəm ki, biz hazırda Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə yaxın əməkdaşlıq əlaqələri həyata keçiririk və Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında tarixi “Bir millət, iki dövlət” ifadəsi bu gün daha da genişlənərək “Bir millət, altı dövlət” formasında öz təsdiqini tapıb. Yeri gəlmişkən, mart ayının 3-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ölkəmizə səfər edərək Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub və biz Türk Dövlətlərinin Ağsaqqallar Şuraları arasında əlaqələrin mövcud vəziyyətini, eləcə də bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişik.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara və onların təmsil olunduğu Şuraya yüksək diqqət və qayğısı sayəsində təşkilatımız səmərəli fəaliyyət göstərir, respublikanın 78 şəhər və rayonunda yerli təşkilatları ilə uğurla təmsil olunur. Onu da qeyd edim ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən 3 may 2023-cü ildə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Türk dünyası” adlı beynəlxalq konfrans keçiriləcək və bu tədbirə dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən nümayəndələr də dəvət ediliblər. Əminəm ki, bizim bu istiqamətdə fəaliyyətimiz Türk Dövlətləri Təşkilatında təmsil olunan türkdilli ölkələrin və qardaş xalqların münasibətlərinin qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etməsinə gözəl töhfələr verəcəkdir.
- Sizin bu əminliyinizi böyük məmnuniyyətlə bölüşürəm. Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə bütün redaksiya heyətimiz adından səmimi təşəkkür edirəm. Sağ olun.
- Mən də sizinlə həmsöhbət olduğuma görə çox məmnunam və ümid edirəm ki, suallarınızı maksimum dərəcədə obyektiv cavablandıra bildim. Sağ olun.
Söhbətləşdi: Azər Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-12-2024