DTX Gəncə şəhər idarəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 13-03-2023 | Saat: 14:08
Bölmə:Özəl | çapa göndər
Ölkə başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində “Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndərin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbir Gəncə şəhər idarəsinin akt zalında davam edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs edib, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açıblar. Ulu Öndərin dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd olunub.
Natiqlər müstəqillik əldə olunduqdan sonra da Heydər Əliyevin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıblar.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə sona çatıb.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı