Mobil versiya
Ölkəmizdə keçirilən Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirir
Tarix: 12-03-2023 | Saat: 21:41
Bölmə:Seçki 2024 | çapa göndər

Ölkəmizdə keçirilən Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirir

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Cənab Prezident çıxışı zamanı qeyd etmişdir ki , fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.Seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir.Bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra biliblər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür.Bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir.Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir.
Eyni zamanda seçkilərin şəffaflığı və rəqabətliliyi ilə səciyyəvi olması ayrıca qeyd edilməlidir. Xüsusilə də, fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər. Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirirdi. Beləliklə, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilmişdi və bu, seçkilərin azad, demokratik və şəffaf şəkildə baş tutmasını təmin edən fundamental amillərdən biri oldu. Beynəlxalq müşahidəçilərin rəylərində də seçkilərin yüksək səviyyədə təşkil olunduğu, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi əksini tapdı. Ekspertlər, müşahidəçilər azad və demokratik şəkildə baş tutan seçkilərin beynəlxalq normalarına uyğun olduğunu və vətəndaşların iradəsini əks etdirdiyini bildirdilər.
Bütün bunlarla yanaşı, ölkənin inkişafı üçün vacıb şərt olan milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də bütün sahələrdə səmərəli addımlar atılıb, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, siyasi sabitliyin ölkəmizdə bərqərar olması ilə bağlı ciddi uğurlar qazanılıb.
Eyni zamanda Azərbaycan beynəlxalq arenada da dövlət nüfuzunun gücləndirilməsi, milli maraqların qəbul etdirilməsi yönündə uğurlu siyasi kurs yürüdür.Türkdilli dövlətlərin əməkdaşlığı sahəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Bu da sözügedən quruma üzv ölkələrin üçdəbir hissəsini təşkil edir.
Azərbaycan dünyanın qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir və bütün bunlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi dərin stategiyanın məntiqi nəticəsidir. Belə bir ugurlu siyasi xəttin isə Azərbaycanı bölgənin lider dövlətindən dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracagına şübhə doğurmur.

Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024