Mobil versiya
TALEYİNİ XALQIN TALEYİ İLƏ BAĞLAMIŞ İNSANLARIN ÖMRÜ ELƏ XALQIN ÖMRÜ QƏDƏR OLUR
Tarix: 11-03-2023 | Saat: 17:59
Bölmə:Özəl | çapa göndər

TALEYİNİ XALQIN TALEYİ İLƏ BAĞLAMIŞ İNSANLARIN ÖMRÜ ELƏ XALQIN ÖMRÜ QƏDƏR OLUR

O dahilər ki, qətiyyətləri və dəmir iradələri sayəsində mənsub olduqları xalqı arxasıyca aparır, ən taleyüklü  məqamlarda isə qalib rolunu oynayır. Böyük dahiləri isə ancaq böyük millətlər yetişdirə bilər. Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyinə günəş kimi doğan, xilaskar adını tariximizə qızıl hərflərlə həkk edən şəxsiyyət isə Ümummilli Lider – Heydər Əliyev olmuşdur.
Nə xoş bizlərin halına ki, xalqımızın ən ağrılı-acılı günündə Uca Tanrım bizə Heydər Əliyev kimi bir şəxsiyyəti bəxş etdi. Tarixdə o xalqlar adını dünyanın xoşbəxt xalqları siyahısına sala bilər ki, tufanlarla üzləşəndə, qaranlıq gecədə səmtini itirəndə, qara buludların arasından günəş kimi sıyrılıb çıxan, ürəyini məşəl kimi başı üzərinə qaldırıb mayak kimi yol göstərən övladları olsun. Heydər Əliyev də belələrindən idi. O, zamanın ən ağır sınaqlarında Azərbaycanı gözlənilən ən ciddi təhlükələrdən hifz edib, qorumağı bacarmış xilaskar oğludur. Xalqın xilaskar oğlu hələ sağlığında ümumilli sevginin ünvanına çevrilərək əbədiyaşarlıq qazanmışdır. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır,Azərbaycan Respublikasıdır.” deyən Heydər Əliyevin ürəyi daima xalqı ilə döyünürdü. Ulu öndər azadlıq və müstəqillik uğrunda tökülən qanların hədər getməməsi, geniş xalq kütləsini bürüyən azadlıq hərəkatının real nəticələr verməsi üçün tələb olunan bütün tədbirləri görür, böyük cəsarət tələb edən addımları tərəddüt etmədən atırdı.  Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. O, Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir.    Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan dahi lider bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun canında, qanında , ruhunda idi.
Taleyin hökmü ilə iki dəfə hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqının köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən millətini xilas etmişdir.
Belə məqamlardan biri də 90-92-ci illər idi. Gəlin, xəyalən bu illərə gedək.  Hər bir azərbaycanlı bunun nə demək olduğunu çox yaxşı bilir... Acı günlər... Hər an cəbhədən gələn qara xəbərlər... Azərbaycanımızın göz bəbəyi sayılan Qarabağ azğın düşmən tərəfindən parça-parça işğal edilirdi. Belə ki, bədnam qonşularımız H.Əliyev şəxsiyyətindən çəkinərək 1987-88-ci illərədək özlərinin Dağlıq Qarabağla-indiki Şərqi Zəngəzurla əlaqəli iddialarını irəli sürə bilmirdilər. Ancaq 1987-də Heydər Əliyev Sovet İKP MK-ə üzvlüyündən istefa verəndə Qarabağda separatçılıq güclənməyə başladı və bu Azərbaycanda daxili sabitliyin pozulmasına gətirib çıxartdı.
Heydər Əliyev hakimiyyətə gələn kimi Bakıda vətəndaş müharibəsi dayandırıldı, qardaş qırğının qarşısı alındı. Həmin vaxt xalq Qarabağ müharibəsinə də son qoymaq istəyirdi, analar,bacılar daha şəhid vermək istəmirdi. Bu məqsədlə H.ƏLiyev 1994-cü ilin 12 mayında Qarabağda atəşkəsə nail oldu. Həmin vaxt ordumuz yox dərəcəsində idi, düşmənlərə qarşı gəlməyə gücümüz çatmırdı. Buna görə də ordu quruculuğuna H.Əliyev böyük diqqət və qayğı göstərdi.
 Ümummilli Lider tariximizdə ən  görkəmli dövlət xadimi kimi əbədi milli-sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratmış oldu. O, 2003-cü ildə xalqa müraciətində belə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim teleyüklü məsələləri, planları sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və  gələcəyinə böyük ümidlər bəsləyirəm.” Zaman Ulu Öndərin inamını təsdiq etdi və Ümumilli Lİderin layiqli davamçısı İlham Əliyev ölkəmizə bacarıqla rəhbərlik edir. Cənab prezidentin uğurlu siyasətinin nəticəsində Azərbaycan son illər iqtisadi, siyasi, mədəni, sosial, təhsil və digər sahələrdə   çox mühüm nailiyyətlər əldə edir,   beynəlxalq mövqeyi daha da möhkəmlənir. Dövlət başçımız öz doğma xalqının rifahının yüksəlməsi üçün daima müxtəlif tədbirlər görür.  Və nəhayət,  28 il sonra xalq iqtidar birliyi nəticəsində, Ali Baş Komandanımızın başçılığı altında  Azərbaycan bayrağı Qarabağda dalğalandı.  Rahat uyu, Ulu Öndər, “Şuşasız Qarabağ, Qarabağsız isə bütöv Azərbaycan yoxdur”  deyərək, Şuşanı azad etməyi bizlərə vəsiyət etmişdin. Və bizlər bu vəsiyətinizi şəhidlərimizin hesabına gerçəkləşdirdik.
Bu gün Ulu Öndərin yoxluğu sadəcə cismani yoxluqdur.Hər birimiz nə zamansa bu dünyadan köçəcəyik. Ancaq Heydər Əliyev kimi dahi insanlar xalqı, Vətəni var olduqca insanların qəlbində daima yaşayacaqdır. Çünki  taleyini millətin taleyi ilə bağlamış insanların ömrü də elə millətin ömrü qədər olur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024