Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir
Tarix: 09-03-2023 | Saat: 14:52
Bölmə:Özəl | çapa göndər
Azərbaycan sosial dövlət kimi özünü hər zaman təsdiq etmişdir. Son illərdə ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılıb, yollar çəkilib, körpülər salınıb, beynəlxalq layihələr icra edilib, ən əsası isə əhalinin güzəranı gündən-günə yaxşılaşıb. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyən Ulu Öndər Heydər Əliyevin arzuları həyata keçib. Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olur.
Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır.
Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Prezident cənab İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bu barədə qeyd etmişdir: “Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur”.
Azərbaycan dövlətinin daxili siyasətinin əsas strateji xətti bundan ibarətdir ki, iqtisadiyyatın inkişafından əldə olunan gəlirlər ədalətli şəkildə vətəndaşlar arasında bölünsün, sosial ədalət, sabitlik, əmin-amanlıq, həmrəylik davamlı olsun. Şimal-Cənub, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Böyük İpək Yolu, neft-qaz və sair bu kimi irimiqyaslı layihələrin həyata keçirilməsi ilə Azərbaycan vətəndaşlarının sosial təminatını daha da yaxşılaşdırılacaq. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi deməkdir.
Azərbaycan sosial proqramların həyata keçirilməsi baxımından post-sovet məkanında, eləcə də Avropada ən öndə gedən ölkələrdən biridir. Azərbaycan yeganə ölkədir ki, burada məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillərə evlər verilir. Daim hər bir azərbaycanlının yanında olan, onların dərdləri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına, qaçqın və məcburi köçkün ailələrinə və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirləri həyata keçib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı müvafiq Sərəncamla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin icrası nəzərdə tutulub. Belə ki, minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Həyata keçirilən sosial islahatlar bir daha sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır. Dövlətimizin sosial siyasəti ardıcıl xarakter daşımaqla bilavasitə əhaliyə yönəlik hərtərəfli sosial dəstəyi təmin edir.
Elman Quliyev,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı