Mobil versiya
Çoxpartiyalı sistemin möhkəmlənməsi üçün Milli Məclis lazımi addımlar atacaq
Tarix: 09-03-2023 | Saat: 14:49
Bölmə:Özəl | çapa göndər

Çoxpartiyalı sistemin möhkəmlənməsi üçün Milli Məclis lazımi addımlar atacaq

Azərbaycanın dövlət idarəetməsində təsadüfi, sistemsiz, düşünülməmiş və yoxlanılmamış heç bir addıma rast gəlmək mümkün deyil. Son 20 ildə həyata keçirilmiş çoxistiqamətli siyasətin nəticəsində biz dünyada qalib xalq kimi yaşamaq hüququ əldə etmişik. Bir zamanlar çətin, hətta mümkünsüz görünən işlər ancaq sistemli və hər tərəfli icra olunan islahatlar hesabına mümkün olmuşdur. İndi dünyada ərazisi və əhalisi bizdən qat-qat böyük dövlətlərin necə çarəsiz qaldığını görəndə xalqımızın müdrik seçimini, Ali Baş Komandanın isə uzaqgörən siyasətini dəstəklədiyimizə görə qürur duyuram.
Üç il öncə Azərbaycan Respublikası Milli Məclisinə keçirlən növbədənkənar seçkilər də ölkədə həyata keçirilən islhatları özündə təcəssüm etdirdi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi.
Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bunun üçün də Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Seçkilərdən ötən üç il müddətində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən çox böyük işlər görülmüşdür. Burada da məqsəd Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır.
Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Cənab Prezidentin bu fikirləri Milli Məclisin qarşısında çox böyük vəzifələr qoymuşdur. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan nitqindəki siyasi sistemin təkmilləşdirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, azərbaycançılıq mövqeyinin möhkəmləndirilməsinə dair müddəalar nəticə etibarilə ölkəmizdə dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsinə, cəmiyyətin irəliyə doğru hərəkatına yeni bir güc və qüvvət verir. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcəkdir.

Daşqın Cəbiyev,
Salyan rayonu Şorsulu kəndi, YAP fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024