Mobil versiya
Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib
Tarix: 09-03-2023 | Saat: 13:39
Bölmə:Özəl | çapa göndər

Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib

Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin  vaxtında və düzgün verdiyi qərarlar, gördüyü qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizəni təkcə regional deyil, eyni zamanda, inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı apardı.Prezident cənab İlham Əliyev ölkə daxilində pandemiya ilə mübarizədə nümunəvi təcrübə nümayiş etdirməklə bərabər, dünya ölkələrini də əməkdaşlığa dəvət etmiş, beynəlxalq həmrəylik göstərməyə çağırmışdır.02 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir.Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı.

Prezident İlham Əliyev bildirib ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.2020-ci ildə başlayan qlobal pandemiya nəticəsində zəncirvari toxumalar hamısı pozuldu. Dünya tarixində bu qədər işsiz ordu yaranmamışdı. Hətta bəzi nüfuzlu analitik təşkilatlar belə qənaətə gəldilər ki, pandemiya strukturlu şəkildə işsizlik ordusu yaratdı. Bu işsizliyi aradan qaldırmaq üçün ən azından 10 il vaxt lazımdır.

Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin təklifləri reallığa söykənir. Post-pandemiya dövrü üçün qlobal tədbirlər gücləndirilməlidir. Bütün üzv ölkələr səylərini birləşdirməklə vahid mövqedən çıxış etməlidirlər. Yalnız o halda “2030: Davamlı İnkişaf Məqsədləri”nin reallaşdırılması mümkün olacaq. QH üzvləri arasında iqtisadi platformalar çərçivəsində əməkdaşlıq genişlənməlidir. Nə qədər əməkdaşlıq artarsa, bu, bir o qədər pandemiyanın yaratdığı iqtisadi fəsadların tez aradan qaldırılmasına öz töhvəsini verəcək. Ona görə də, QH ölkələri səylərini maksimum birləşdirməlidirlər. Bu kimi məsələlərə daha ciddi yanaşmalıdırlar.Həmçinin dövlət başçısı qeyd etmişdir ki, “ Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024