Mobil versiya
Ulu Öndər-Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz edən şəxs.
Tarix: 09-03-2023 | Saat: 10:10
Bölmə:Seçki 2024 | çapa göndər

Ulu Öndər-Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz edən şəxs.

Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüz, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi möhkəm iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider olan Heydər Əliyev olmuşdur. Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzülə uğramaq üzrə olan dövlətdən inkişaf edən dövlətə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaraatmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verdı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaratdı.
Bir sözlə, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını etdi. Bu gün bu misiyanın davamını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə bənzərsiz uğurlu nəticələr əldə etmişdir. Bu bənzərsiz uğurlu nəticələr və xüsusilə, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş möhtəşəm Zəfər bu danılmaz həqiqətin bariz sübutudur.

Hüseynova Nərgiz
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024