Mobil versiya
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir -Fotolar
Tarix: 07-03-2023 | Saat: 15:31
Bölmə:Seçki 2024 | çapa göndər

Qadınlar həyatın mənası, bəzəyi və  əbədi gözəlliyidir

07 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təçkilatında “ Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” mövzusunda fəal qadınlarla görüş keçirilib.
aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qadınları qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınlarının cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyini deyib. Qeyd edib ki, Milli əxlaqi dəyərlərimiz, adət-ənənlərimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. G. Bayramov bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNSECO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz və dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycannın birinci xanımınının hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Tədbirdə çıxış edən fəal qadınlar cəmiyyətdə və ailədə qadınların rolundan danışıblar. Həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qadınının şücaəti təqdirəlayiqdir.
Tədbirin sonunda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tərəfindən partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara gül və qiymətli hədiyyələr təqdim edildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024