Mobil versiya
Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Gəncəyə səfər edib
Tarix: 06-03-2023 | Saat: 20:32
Bölmə:Özəl | çapa göndər

Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Gəncəyə səfər edib

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər edib. Səfər çərçivəsində alman diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

aia.az xəbər verir ki, İcra başçısı Niyazi Bayramov qonağı salamlayaraq bildirib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə sənaye sahəsi də inkişaf etməkdədir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.
Gəncədə alman izlərinə də rast gəlindiyini qonağın diqqətinə çatdıran şəhər rəhbəri qeyd edib ki, 1886-cı ildə alman sahibkar Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilən bina sonradan bərpa işləri həyata keçirilərək Gəncə Dövlət Dram Teatrının istifadəsinə verilib. 1901-ci ildə Cavad xan küçəsində “Zingerin evi” kimi tanınan bina, o cümlədən 1915-ci ildə, hazırda Ə.Cəmil küçəsində yerləşən Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi binanın da almanlar tərəfindən inşa edildiyi qeyd olunub.
Səfir Ralf Horlemann iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. O, dahi şair Nizami Gəncəvinin Məqbərəsini, o cümlədən Cavad xan türbəsini, Gəncə Dövlət Filarmoniyasını ziyarət etdiyini bildirib. Alman diplomat Azərbaycan şairi və mütəfəkkir Mirzə Şəfi Vazeh yaradıcılığının ölkəsində geniş təbliğ olunduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Daha sonra səfir Ralf Horlemann 44 günlük Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkib. Səfirə erməni terroru barədə geniş məlumat verilib. Diplomat terror qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024