Mobil versiya
Azərbaycan daha bir Zirvə görüşünə ev sahibliyi edir
Tarix: 04-03-2023 | Saat: 19:33
Bölmə:Özəl | çapa göndər

Azərbaycan daha bir Zirvə görüşünə ev sahibliyi edir

BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Bəli bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası BMT-nin fəaliyyətdə olan siy­asi orqanı, BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəl­xalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi vəzi­fələr ona həvalə edilmişdir. Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir. Bu qədər vacib əhəmiyyətə malik şuranın qəbul etdiyi qərarlar əlbətdə ki, bir mənalı qarşılanmır.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbiri açaraq iştirakçıları Bakıda keçirilən Təmas Qrupunun Zirvə görüşündə salamlamaqdan məmnunluğunu bildirib.
Keçirilən Zirvə görüşündə Dövlət başçısı İlham Əliyev suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.
Prezident onu da vurğulamışdır ki, BMT Əfsuslar olsun ki, Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.
Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu vurğulayan dövlət başçısı bildirib: “Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü və digər ölkə təmsilcilərini qarşılamışdır.
Türkiyə və Suriyada baş vermiş zəlzələlərin qurbanlarının xatirəsi dövlətimizin başçısının təklifi ilə bir dəqiqəlik sükutla yad olundu.
Sonra Zirvə görüşünün gündəliyi təsdiqlənib.
Yekunda isə birgə foto çəkdirilib.

Özləm Əliyeva ,
Nəsimi rayon təhsil işçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024