Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb
Tarix: 02-03-2023 | Saat: 14:02
Bölmə:Özəl | çapa göndər
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Gəncə şəhər 14 saylı orta məktəbdə baş tutan görüşdə Milli Məclisin üzvü Müşfiq Cəfərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Görüş “açıq mikrofon” formatında keçib.
Öncə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
aia.az-ın məlumatına görə, Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Son zamanlar həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açan şəhər rəhbəri, bunun ölkə rəhbərliyinin Gəncəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
Görüş zamanı çıxış edən şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Sakinlər onları narahat edən problemlərdən də danışıblar. Müraciətlər arasında mənzil növbəliyi, fərdi yaşayış evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib. Gəncə şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı
31-10-2024