Mobil versiya
Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib
Tarix: 01-03-2023 | Saat: 15:36
Bölmə:Seçki 2024 | çapa göndər

Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib

Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib
Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədovun sədrliyi ilə Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının İnformasiya texnologiyaları üzrə daimi işçi Qrupunun on birinci iclası keçirilib.

İclasda 2022-ci ilin dekabr ayının sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə başlanmış pilot layihəsi müzakirə olunub. Agentliyin əməkdaşları pilot layihəsinin imkanlarını yüksək qiymətləndirərək 3D texnologiyalarından istifadənin rahatlığını və bu texnologiyaların böyük potensialını qeyd ediblər.

Qeyd edək ki, bu layihənin tətbiqi Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) və Sənaye Mülkiyyəti Federal İnstitutunun təcrübəsi əsasında APİ-nin mütəxəssisləri tərəfindən həyata keçirilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024