Mobil versiya
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edib -Fotolar
Tarix: 25-02-2023 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edib

Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Öncə Daşkənddə Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Forumda çıxış edən Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində güclü stimul olduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz bunun nəticəsində hazırda energetika, avtomobilqayırma, nəqliyyat, kənd təsərrüfatı, neft-kimya kimi sahələrdə birgə layihələr uğurla icra olunur.
Azərbaycan Respublikasınım İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdıraraq ticarət sahəsində ötən il 63 faizdən çox artım müşahidə olundğunu bildirib. Ölkələrimiz arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial olduğunu vurğulayan nazir yeni yaradılacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun iqtisadi əməkdaşlığımızda, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında əhəmiyyətli olacağına inamını ifadə edib.
Forumda ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisinin davam etdirilməsinin xalqlarımız arasındakı sıx münasibətlərin daha bir bariz təzahürü olduğu qeyd edilib.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov ölkələrimizin regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanların mövcud oluğundan söz açıb. Natiq 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunun birgə təşəbbüslər üçün mühüm platforma olduğunu vurğulayıb.
Forum çərçivəsində tərəflər arasında bir sıra sənəd, o cümlədən Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Əməkdaşlıq, Anlaşma və Razılaşma Memorandumları imzalanıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024