Mobil versiya
Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 31-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Tarix: 24-02-2023 | Saat: 14:44
Bölmə:Özəl | çapa göndər

Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 31-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı faciəsinin 31-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Xocalı soyqırımının xalqımızın qan yaddaşından çıxmayacağını bildirib. İnstitutun rəhbəri Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdıqları addımlardan və görülən işlərdən danışıb.

İnstitutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva bu faciənin əsrin ən dəhşətli faciələrindən biri və xalqın sağalmayan yarası olduğunu vurğulayıb. O qeyd edib ki, qəhrəman ordumuz Vətən uğrunda canlarından keçən bütün şəhidlərin, o cümlədən Xocalı qoyqırımı şəhidlərinin qisasını aldı, düşməni məhv etdi və 30 illik işğaldan sonra bizi Qarabağa qovuşdurdu.

İnstitutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən görülən işlərdən, dövlət müəssisə və təşkilatlarında, xüsusi ilə orta məktəblərdə Xocalı soyqırımının gənc nəsilə çatdırılması və tarixin unudulmaması istiqamətlərində görülən işlərdən danışıb. Daha sonra Xocalı faciəsi ilə bağlı qısa film nümayış etdirilib.

İllər keçməsinə baxmayaraq faciə qurbanları unudulmayıb və unudulmayacaqlar!




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024