Mobil versiya
“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” - Heydər Əliyev.
Tarix: 24-02-2023 | Saat: 13:05
Bölmə:Özəl | çapa göndər

“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” -  Heydər Əliyev.

Tarix boyu erməni-daşnakları və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürürdülər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.Ermənistan tərəfi bu soyqırımların hər birini şüurlu və əvvəlcədən planlamış şəkildə həyata keçirmişdir.Quba da 2007- cı ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir.Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir.Bu isə ermeni vəhşiliyin ən böyük nümunəsidir.1988 -ci ildən başlayaraq Ermənistan tərəfinin Azərbaycana qarşı ərazi iddiası daha da kəskinləşmiş və 1991-1993 cu illər ərzində 20% torpaqlarımız Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmişdir.Şüphəsiz ki tarixin ən qanlı faciələrdən biride məhz Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Xocalı da törədilmiş soyqırımdır.Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.1991-ci ildən Xocalı şəhəri artik blokadada idi.Şəhər demek olarki her gün atəşə tutulurdu.Dünya tarixində bir çox soyqırımı olub. Şübhəsiz ki, erməni terrorçuların etdiyi bu vəhşilik dünya tarixində bele olmayıb.Fevral ayının 25-26 keçen gece şəhər tamamilə mühasirəyə alındı.Faciə isə bundan sonra başlayır.Şəhərin dörd bir tərəfdən tanklardan,erməni terrorçuları tərəfindən əhatə olduğunu görən müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur qalırlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmiş, sakinlərinə divan tutulmuşdur. Bir gecənin içərisində Xocalı yerlə-yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlanan erməni terrorçuları dinc əhalini güllələmiş onlara amansız divan tutmuşdur. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan ele ordaca donub qaldı.Bir gecedə 613 nefər Xocalı sakini öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlardır.
Bu gün bele 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu əsl soyqırım idi.Bu tarixin şahid olub bütün dünyanın həmin gecə susub Xocalının tək buraxılıdıgı tarixin ən faciəvi insanlığın ən utanacverici faciəsi idi. Xocalıda amansızlaq qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.İnsanlığını itirmiş erməni terrorçuları 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirmişdir.Yəni diri-diri yandırlaraq ,başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq , hamilə qadınıların qarnı cıraraq içine pişik doldurub ölmə məhkum edən və bu gün bele bir çox ölkənin helede tanımadığı soyqırımdır Xocalı faciəsi.Erməni vandalizmi hər yerdə özünü göstərir, belə ki, ürəkləri nifrətlə dolan erməni terrorçuları meyidlərimizi bele təhqir etmişdir.Bu faciə Milli Qəhrəman Çingiz Mustafayev sayəsində lente alınmışdır.Lentə alınmış bu kadrlar sayəsində erməni vəhşiliyi bütün dünyaya təqdim edilmişdir və bu gün dünyanın bir çox ölkəsi Xocalı soyqırımıni tanyir.1991-1993-cu illər ərzində ki işğal müddətindən sonra Heydər Əliyev hakimiyyətə gəldi.Ulu öndərin hakimiyyətə gəlməsi ilə Ermənistan-Azərbaycan arasında atəşkəs elan edildi.Buna baxmayaraq heyasizca öz ərazi iddiasından əl çəkməyən Ermənistan tərəfi müxtəlif illərdə yenə öz terrorçu əməlini heyata kecir ve atəşkəsi mütəmadi olaraq pozurdu.2020-ci il 27 sentyabr da atəşkəsin Ermənistan tərəfindən kobudca pozulmasi isə onlar çox ağır başa gəldi.44 gün davam edən və Ermənistan Ordusunun biyabırçı şəkildə məğlub olması ilə nəticələnən ikinci Qarabağ savaş nəticəsində 20% torpaqlarımız düşmən tapdağından azad olundu. Beləliklə biz sadəcə ərazi bütövlüyümüzü bərpa etmədik, biz eyni zamanda alnımızın ləkəsini təmizlədik, biz eyni zamanda Xocalı şəhidlərimizin timsalında bütün şəhidlərimizin ruhunu şad etdik.

Sərvinaz Xəlilova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024