Mobil versiya
YAP Samux rayon təşkilatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi -Fotolar
Tarix: 24-02-2023 | Saat: 11:43
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Samux rayon təşkilatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

24 Fevral 2023-ci il tarixdə YAP Samux rayon təşkilatının və Samux rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir” mövzusunda tədbir keçirildi. Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra dəhşətli soyqırıma həsr olunmuş “Böyüməyən uşaqlar” sənədli filmi nümayiş olundu.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Xocalının işğalından 31 il keçməsinə baxmayaraq erməni faşistlərinin  və  imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin  Xocalının əliyalın  sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmadı. Əksinə, illər keçdikcə  qaysaq bağlamayan yaralar  göynədi, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət artdı.  44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  31 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.
Sonra tədbirdə Samux şəhər 6 saylı Uşaq Bağçasının direktoru Təhminə Əliyeva, Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev və Ziyadlı ərazi partiya təşkilatının sədri Elvin Quluyev çıxış edərək vurğuladılar ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlərin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq qələbə yazdılar. Haqq -ədalət bərpa olundu. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tədbirin sonunda İnstitut orta məktəb şagirdlərinin hazırladığı Xocalı qurbanlarına həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024