Mobil versiya
Cənab Prezident Münxendə Avropanı fakt qarşısında qoydu
Tarix: 24-02-2023 | Saat: 09:01
Bölmə:Siyasət | çapa göndər

Cənab Prezident  Münxendə  Avropanı fakt qarşısında qoydu

Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı çoxlarını fikirləşməyə məcbur etdi. əslində çıxışın nəticəsi suala sualla cavab oldu. Cənab Prezident soruşdu ki, Cənubi Qafqazda sülhü kim istəmir? Öncə sual verənlər bu suala aydınlıq gətirsinlər. Prosesin gedişində, cənab İlham Əliyevin çıxışında əslində hər şey məntiqi nəticəyə gəlməyə imkan verdi.
Rusiya -Ukrayna münasibətlərini kəskinləşdirib müharibə səviyyəsinə çatdıran Qərb indi soruşur ki, bundan qaçmaq olarmı? Cənab Prezident çox incə və diplomatik yolla izah etdi ki. Bu prosesə yol çox əvvəldən, keçən əsrin 90-cı illərindən gəlir. O zaman ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib viran qoyanda Qərb susurdu. Onda beynəlxalq təşkilatlar sanksiya haqqında heç düşünmürdülər də. Çünki bu münaqişə çoxuna sərf edirdi. Cənab Prezident də bunu əsaslı şəkildə izah etdi: “Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib.”
Buyurun, cavab verin. Cavab verin ki siz bu deyilənlərin hansına qarşı çıxdınız? Təcavüzkara “dur” dedinizmi? Əlbəttə yox. Belə yanaşmanı görən Rusiya müharibədən niyə çəkinməliydi?
Azərbaycan ərazilərindən it kimi qovulandan sonra ədalət yalvarışları ilə dünyanı bezdirən ermənilər də bu məntiqi anlamalıdırlar ki, hər əməlin bir bədəli var. Ona görə də yaşadıqları dövlətin qanunlarına tabe olmaq ən yaxşı variantdır.
Ermənistandan fərqli olaraq Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün aparılan işlər də hamıya məlumdur.
Cənab Prezidentin səsləndirdiyi “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var-fikir konfrans iştirakçılarına beynəlxalq normalara əməl etmək vaxtının çatdığı mesajı idi.
Qarabağda yaşayan ermənilərin toxunulmazlığının təmin edilməsinə gəlincə, cənab Prezident qeyd etdi ki, “Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.” Konkret və qəti mövqe.
Laçın-Xankəndi yolunda keçirilən aksiyanı blokada şəraiti adlandıran Paşinyan hər vəchlə “yazıq”, “bədbəxt” erməni obrazı yaratmaq xislətini büruzə verdi. Onun çıxışı göstərdi ki, bu sərsəm xülyalılar hələ də dərk etmirlər ki, indiki zamanda dünyaya kələk gəlmək olduqca çətindir. Onun səsləndirdiyi arqumentləri isə cənab Prezidentin çıxışında qeyd etdiyi “...dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir-fikri alt-üst etdi.
Bununla da Ermənistan rəhbərliyi yenidən seytnot vəziyyətinə düşdü. Elə onların havadarları da. Onun-bunun qucağına sığınmaqdansa sülh sazişini imzalamaq, regionda sabitliyə çalışmaq daha münasib deyilmi? Dünya tarixində ermənilərə bircə dəfə normal millət olduqlarını sübut etmək şansı verilib. Bu şansı da dəyərləndirə bilməsələr dövlət kimi də, millət kimi də məhv olacaqları gün kimi aydındır.
Cənab Prezident Avropa ölkələrini, qərb dünyasını da bu prosesə əngəl olmaqdan çox yardımçı olmağa çağırdı. Çünki sülh təkcə bizə yox, hamıya lazımdır: “Hər kimsə iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır. Bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi.” Bəli, buyursun danışıqlardan, konfranslardan və nağıllardan əl çəkib konkret fəaliyyətə keçsinlər. Onda bilinəcək ki, kim sülh istəyir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir Şəhər Təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024