Xəzər rayonunda 26 Fevral - Xocalı Soyqırımının otuz birinci ildönümü ilə əlaqədar olaraq soyqırım qurbanlarının xatirəsi yad edilib. -Fotolar
Tarix: 23-02-2023 | Saat: 11:10
Bölmə:Özəl | çapa göndər
Fevralın 22-də Xəzər Rayon Gənclər və İdman İdarəsi, "Xəzər Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində tədbir keçirilib. Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin aparıcı-məsləhətçisi Elçin Bəşirov, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, şəhid anası Reyhan Yusifova, dərnək rəhbərləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə Xəzər Gənclər Evində 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib və bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər son iki əsrdə ermənilərin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqlarını önə çəkərək tarixi faktlardan danışıblar. Həmçinin qeyd edilib ki, ilk dəfə Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı Soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Tədbirdə digər qonaqlar da çıxış edərək mövzu barədə öz fikirlərini bildiriblər. Tədbirin sonunda "Xocalı faciəsi" filmi nümayiş etdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
31-10-2024