Mobil versiya
MÜNXEN TƏHLÜKƏSİZLİK KONFRANSI AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZUNUN TƏSDİQİ OLDU
Tarix: 23-02-2023 | Saat: 08:56
Bölmə:Özəl | çapa göndər

MÜNXEN TƏHLÜKƏSİZLİK KONFRANSI AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZUNUN TƏSDİQİ OLDU

Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanalarına verdiyi müsahibə ilə əlaqədar

Azərbaycan liderinin siyasi-diplomatik görüşlər keçirdiyi bir vaxtda Ermənistan baş naziri Nikol Paşinyan erməni xarakterinə uyğun olaraq "şikayət diplomatiyası"nı işə saldı. Onun Fransanın Prezidenti Emmanuel Makron ilə ayaqüstü söhbəti bunun bariz nümunəsidir. Fransa Ermənistanı siyasi alətə çevirərək iddia edir ki, Rusiya Cənubi Qafqazda və bütün dünyada gərginlik yaradır. Ona görə Ermənistanı Rusiyadan müdafiə etmək üçün Ermənistana dəstək versiyaları müzakirə olunur. Göründüyü kimi, bu cür yanaşmalar Cənubi Qafqaza sülh deyil, əlavə, lazımsız gərginliklər gətirir.

Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir ciddi layihələr həyata keçirilmir. Artıq rəsmi Bakı hətta bəzi dairələrin Cənubi Qafqaza yönəlmiş məkrli siyasətlərinin qarşısını kəsmək gücündədir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin Münxendə keçirdiyi sanballı görüşlər Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanmışdı və siyasi dividendlər baxımdan zəngin oldu. Münxen görüşləri Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir.
Cənab prezident media nümayəndələrinə - Azərbaycan televiziya kanallarına müsahibə verərkən qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər. , amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir.

Prezident İlham Əliyev bir daha qey edib ki, şadam ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki görür və deyir.
Cənab İlham Əliyevin bu dediklərinə diqqət edib məntiqi nəticə çıxarmağa çalışsaq, görərik ki, bu fikirlər dünya səviyyəli bir siyasətçinin bütün dünya mediası və siyasətçiləri qarşısında açıq şəkildə qoyduğu mövqedir. Bu mövqe Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyidir. Prezident bilir ki, o hansı addımı atsa, Azərbaycan xalqı bir nəfər kimi onun arxasında dayanacaq.Bunu xalq olaraq prezident seçkilərində və 2020-ci ildə II Vətən müharibəsində sübut etmişik. Ona görə Prezident bir daha bu mötəbər konfransda açıq şəkildə Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması baxımından bir daha mənfur qonşumuza və onun arxasındakı qüvvələrə yerini göstərdi. Bir daha bildirdi ki, biz istəyirik ki, Ermənistan - Azərbaycan münasibətləri normallaşsın, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024