Mobil versiya
YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilmişdir -Fotolar
Tarix: 22-02-2023 | Saat: 18:19
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilmişdir

22 fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 1 saylı (Rayon İcra Hakimiyyəti) ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilmişdir.

aia.az xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin, Şəhidlərimizin və Qardaş Türkiyədə baş verən təbii fəlakətdə dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbidə 1 saylı Ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov 2022-ci ildə görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib və hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Hesabat dinlənildikdən sonra, qənaətbəxş hesab edilmiş və ərazi partiya təşkilatının 2023-cü il üzrə Tədbirlər Planı partiya üzvləri tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən, qısa müddətdə bütün təhlükələri dəf edərək ölkəni inkişaf yoluna çıxarmasından ətraflı danışmışdır.
Digər çıxışçılar, Ulu öndərmizin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğu, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıldığı, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildiyi diqqətə çatdırılmışlar.​
Çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd etmişdir ki, ​ 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası VII ci qurultaydan sonrakı dövrdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə daha inamla irəliləyir.
İlqar İlyasov ərazi partiya təşkilatının fəaliyyəti haqqında fikirlərini bölüşüb, öz tapşırıq və tövsiyyələrini vermiş və uğurlar arzulamışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024