Cəmaləddin Rüstəmov: “Xocalı faciəsinin mahiyyətinin açılaraq dünyaya təqdim olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub”
Tarix: 22-02-2023 | Saat: 11:18
Bölmə:Özəl | çapa göndər

Xocalı soyqırımının cinayətkar mahiyyəti barədə öz fikirlərini bölüşən Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin Notariysu Cəmaləddin Rüstəmov aia.az-a verdiyi müsahibəsində ilk olaraq qeyd edib ki, bu faciəyə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilib: “Azərbaycan xalqına qarşı erməni faşistləri tərəfindən 1992-ci ildə törədilmiş, tarixin ən qanlı cinayətlərindən olan Xocalı qətliamına hüquqi-siyasi qiymət verən ilk dövlət xadimi Ulu öndər Heydər Əliyev olub. Həmçinin Ulu öndər bu cinayətin əsil mahiyyətini bütün dünyaya açaraq belə deyib: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Həmçinin Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Lakin bu qətliam bədnam qonşularımız tərəfindən bizə qarşı törədilən nə ilk, nə də tək cinayət deyil. Hətta son iki əsr ərzində baş verənlərin böyük bir qismini nəzərə almasaq belə, təkcə 1988-ci ildən erməni separatçıları tərəfindən “böyük Ermənistan” adlı cəfəng, heç bir hüquqi-tarixi əsası olmayan absurd bir ideyanı reallaşdırmaq cəhdi kimi başlanan qondarma “Dağlıq Qarabağ” münaqişəsi nəticəsində Azərbaycanın onlarla şəhəri, yüzlərlə kəndi dağıdıldı, on minlərə günahsız insanımız həyatını itirdi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin salındı.” Öz fikirlərini davam etdirən C.Rüstəmov Xocalı soyqırımının aqressiv erməni siyasətinin bariz təzahürlərindən biri olduğunu vurğulayıb: “Xocalı faciəsi birmənalı olaraq bəşər tarixində indiyədək bütün insanlıq əleyhinə törədilən ən qanlı cinayətlərdən biridir. Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. O cümlədən son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə belə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur.”
Daha sonra müsahibimiz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizmindən qurtardığını vurğulayaraq bunları deyib: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca saxlanan cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribatlara birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Lakin bu Qələbə ilə Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, biz sülh tərəfdarıyıq. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır və bu müqavilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə imzalanmalıdır. Bununla belə, Azərbaycan xalqı heç vaxt ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır.”
Bu gün Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınmasını Azərbaycan diplomatiyasının uğuru olduğunu deyən C.Rüstəmov, bu yönümdə birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu xüsusi qeyd edib: “Bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar mövcuddur ki, beynəlxalq münasibətlər də bu qanunlarla tənzimlənir. Xocalı faciəsi kimi qətliamlar da bütün bu beynəlxalq əqdlər tərəfindən birmənalı olaraq pislənir və belə əməllərin yolverilməz olduğu birmənalı şəkildə bildirilir. Lakin ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir. Əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq əlaqələri tənzimləyən bütün sahələrdə uğurla həyata keçirilən hücum diplomatiyasının və xarixi siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Hər il dünyada Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı artır. Lakin bu gün bizim bütün bəşəriyyət qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək. Biz bundan sonra bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik” – deyə, Cəmaləddin Rüstəmov öz fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2025