AHİK ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq aztəminatlı ailələrə yardım məsələsini hər zaman diqqət mərkəzində saxlayır
Tarix: 22-02-2023 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı parçalanmaqdan və müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən birdəfəlik silinməkdən qurtardı. Buna paralel olaraq həmin ildən ölkənin bütün sahələrində canlama və dirçəliş, az müddət sonra isə inkişaf başladı. O cümlədən Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqlarının da tarixində yeni dövrün başlanğıcı məhz 1993-cü ildən hesablanmalıdır.
Bu hadisələrdən bir il öncə, 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü irəli sürdülər. Növbəti il, 5 fevral 1993-cü il tarixində təsis qurultayı keçirildi. Bu qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Təsis qurultayında iştirakçıların təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Bu təşkilatın yaranması Azərbaycanda həmkarlar hərəkatında bir sıra mütərəqqi yeniliklər gətirildi. İlk növbədə Səttar Möhbalıyevin təşəbbüsü və səyləri ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri yenidən özlərinə qaytarıldı.
Bu il bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə həm də özünün 30 illik yubileyini qeyd edir. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. AHİK-in 30 illik yubileyinin də məhz bu ilə təsadüf etməsi böyük tarixi məna kəsb edir. Məsələ bundadır ki, konfederasiyanın yaradılması ölkəmizdə həmkarlar hərəkatının tarixində olduqca mühüm bir irəliləyiş idi. Lakin həmin dövrdə həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli üçün bu kifayət etmirdi. Bu ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, kofederasiyanın yaranması elə bir dövrdə baş vermişdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin gördüyü məqsədyönlü tədbirlər həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı. Heydər Əliyev hər bir isanın haqqının, hüquqnun qorunması, sosial rifahının yaxşılaşdırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqardı kimi təqdim edirdi. 1998-ci ildə keçirilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I Qurultayında Ulu Öndərin qurultay iştirakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir”, - fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi. 1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının120-dən çox təklifinin nəzərə alınması Səttar Möhbalıyevin sədrliyi ilə qəbul edilən qərarların bilavəsitə təsiri ilə baş verdi.
Bu gün Azərbaycanda AHİK-in sərbəst və müstəqil fəaliyyət göstərə bilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə ki, bu imkanlar ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun sayəsində ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına göstərilən ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına verilən dövlət dəstəyi nəticəsində yaranıb. Qeyd etmək lazımdır ki, hələ 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edərkən cənab Prezident İlham Əliyev ölkələrimizin müvafiq strukturları arasında mövcud olan əməkdaşlığı yüksək dəyərləndirmişdi.
Həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verilən yüksək qiymət cənab Prezident İlham Əliyevin fevralın 7-də keçirilmiş yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunda öz əksini tapıb. Həmin məktubda möhtərəm dövlət başçımız bildirmişdir ki, ötən müddət ərzində AHİK həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin cənab Prezident İlham Əliyev öz məktubunda Konfederasiyanın 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək verdiyini xüsusi qeyd etmişdir.
Qeyd etmək istərdim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Möhbalıyev bu sahədə ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq aztəminatlı ailələrə yardım göstərilməsi məsələsini də hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən AHİK tərəfindən hər il bayramlarda şəhid ailələrinə və aztəminatlı ailələrin bir qisminə pul vəsaiti, bir qisminə ərzaq yardımı göndərilir. Artıq 7 ilə yaxındır ki, bütün bayramlarda Azərbaycanın 76 şəhər və rayonunda yaşayan ailələrə bu cür yardım göstəririk. Həm də bu ailələrin sayı onlarla, hətta yüzlərlə də deyil, minlərlədir. Hər dəfə növbədi yardım kampaniyasında 4000-7000 arası ailəyə yardım edilir. Həmçinin Konfederasiy 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin də bir qismini himayəyə götürüb. Hazırda cənab Səttar Möhbalıyevin təşəbbüsü ilə 400-ə yaxın şəhid övladına kömək olunur. Uşaqların 18 yaşınadək hər ay maliyyə yardımı göstərilir. Bundan başqa AHİK hər il iki mindən çox şəhid ailəsini ödənişsiz olaraq istirahətə göndərir. Şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində də işlər görülür. Bir sözlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin inkişafı, insanlarımızın daha yüksək rifahı naminə səmərəli fəaliyyətini uğurla davam etdirir.
Seymur Qədəşov,
ATİAHİ Şabran rayon komitəsinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-01-2025
04-01-2025
03-01-2025