Qarabag erməniləri Azərbaycan vətəndaşlarıdır
Tarix: 21-02-2023 | Saat: 16:54
Bölmə:Özəl / Manşet | çapa göndər
Münxen görüşü zamanı dünya erməni riyakarlıgının bir daha şahidi oldu. Vardanyanı Qarabağa gətirən ermənipərəst qüvvələr Qarabag əhalisinin rəsmi Bakı ilə təmaslarında ondan istifadə etmək niyyətində olması aşkarlandı.
Əlbəttə,bu plandan məlumatlı olan Azərbaycan birmənalı şəkildə bu cür qeyri konstruktiv davranışdan və münasibətdən birmənalı şəkildə imtina edir.
Prezident İlham Əliyev Münxendə çıxışı zamanı da bəyan etdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır.
“Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”, - İlham Əliyev qəti mövqe sərgilədi.
Cənab Prezident beynəlxalq təşkilatların münaqişənin həllinə yanaşma formatlarına da aydınlıq gətirdi: “münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır”.
Minsk qrupunun fəaliyyətsizlikdən tarixin arxivinə getdiyini bildirən Prezident İlham Əliyev bu qrumun daha mövcud olmadıgını açıq şəkildə bəyan etdi:”Minsk qrupu artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir”.
İlqar ilyasov,
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-01-2025
04-01-2025
03-01-2025