Mobil versiya
Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi
Tarix: 21-02-2023 | Saat: 09:19
Bölmə:Siyasət | çapa göndər

Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Tarix də buna şahiddir ki, Ermənistanın Azərbaycan torpaqlarına olan iddialatı illərdir davam edir.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
1990-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məskunlaşdırılması ermənilərin “Böyük Ermənistan” mifini reallaşdırmaq üçün Cənubi Qafqazda demoqrafik dəyişikliklər etmək istiqamətində uzun sürən cəhdlərinin başlanğıcı deyil, davamı idi.
1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirildiyi soyqırımı isə ermənilərin qəddarlığının apogeyi sayılır.
Müharibə nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin fəal şəkildə məskunlaşması təxminən 30 illik işğal dövründə də davam etmişdir. Paradoksal vəziyyət yaranmışdı: 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkə əhalisinin sayının sürətlə azaldığı halda, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əhalinin sayı süni şəkildə artırdı. İşğal olunmuş ərazilərdə yerli əhalinin yerinə üçüncü ölkələrdən ermənilər gətirilirdi.
1991-1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət günü-gündən gərginləşirdi. Xocalı faciəsi baş verdi. Xəyanət nəticəsində Şuşanın işğalı üçün zəmin yaradıldı. Xocalı faciəsi və Şuşanın zəbti ilə erməni silahlı qüvvələri əslində Dağlıq Qarabağda etnik təmizləmə siyasətini başa çatdırdılar. Dağlıq Qarabağın Azərbaycanlı əhalisi silah və zor gücünə öz torpaqlarından didərgin salındı.
Azərbaycanda mövcud olan daxili çəkişmələr, hakimiyyət mübarizəsi, müxtəlif qüvvələrin təxribatları, Milli Ordunun əvəzinə hakimiyyət uğrunda bir-biri ilə rəqabət aparan siyasi qüvvələrə mənsub silahlı dəstələrin yaradılması, cəbhə bölgələrində hərc-mərcliyin baş alıb getməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmışdı. Erməni separatçıları Azərbaycanın daxilində baş verən mürəkkəb ictimai-siyasi vəziyyətdən, ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmış Azərbaycan rəhbərliyinin səriştəsiz siyasətindən çox çevik istifadə edərək, Dağlıq Qarabağla yanaşı onun ətrafındakı rayonların ərazilərini ardıcıl surətdə zəbt edirdilər.
1993-cü ilin noyabr ayından başlayaraq Milli Ordunun normalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Məhz Azərbaycan ordusunun hücumları nəticəsində 1994-cü ildə Ağdam və Füzuli rayonları ərazisinin xeyli hissəsi azad edildi. Milli ordumuzun qüdrətini hiss edən ermənilər danışıqlara başladılar və bunun nəticəsində 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu.
Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycanın torpaqlarının işğalına səbəb oldu.
Ermənistan BMT Təhlükəsizlik Şursının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədi ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev birmənalı şəkildə bildirdi ki, “Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz”. Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də belə oldu, 2020-ci ilin iyulunda da.
2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bilmirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bildirmirdi. Bu, qeyri-rəsmi himyədarlıq idi.
Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.
Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.
Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.

Nəsimi rayon sakini Hüseynli Billurə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024