Cahangir Əliyev: “AHİK-nın yaradılması ölkəmizdə həmkarlar hərəkatının tarixində irəliyə doğru atılmış mühüm addım idi”
Tarix: 20-02-2023 | Saat: 16:25
Bölmə:Manşet / Özəl | çapa göndər
“Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyinin də məhz bu ilə təsadüf etməsi böyük rəmzi məna daşıyır. Məsələ bundadır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində ölkədə hökm sürən xaos və özbaşınalıq mühiti fonunda bütün digər böyük qurum və təşkilatlar kimi, həmkarlar ittifaqlarının da əmlak və resursları zəbt olunmaq təhlükəsi altında idi. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan altı həmkarlar ittifaqı tərəfindən növbədənkənar qurultay çağırmaq təşəbbüsü irəli sürüldü. Bundan bir müddət sonra, 5 fevral 1993-cü il tarixində təsis qurultayı keçirildi. Bu qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) ötürdü. Təsis qurultayında iştirakçıların təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Əlbəttə ki, AHİK-nın yaradılması ölkəmizdə həmkarlar hərəkatının tarixində olduqca önəmli bir hadisə, irəliyə doğru atılmış mühüm addım oldu. Lakin həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli üçün bu kifayət deyildi. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, bu hadisə elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Ötən illər ərzində hörmətli sədrimiz cənab Səttar Möhbalıyevin dövlətimizin siyasətinə uyğun və zəhmətkeşlərin maraqlarına cavab verən, məqsədyönlü fəaliyyəti sayəsində AHİK öz sıralarında çox sayda həmkarlar ittifaqlarını birləşdirərək ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilə bildi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verilən yüksək qiymət Prezident İlham Əliyevin fevralın 7-də keçirilmiş yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunda öz əksini tapıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunda ifadə olunmuş fikirlər həmkarlar ittifaqlarının, AHİK-nın fəaliyyətinə verilimiş ən yüksək dəyərdir. Həmin məktubda möhtərəm dövlət başçımız bildirmişdir ki, ötən müddət ərzində AHİK həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin cənab Prezident İlham Əliyev öz məktubunda Konfederasiyanın 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək verdiyini xüsusi qeyd etmişdir. Əlbəttə ki, dövlət başçısının bu diqqəti, işimizə verdiyi yüksək dəyər bütün həmkarlar ittifaqlarının kollektivlərini daha böyük əzmkarlıqla çalışmağa məsul edir. Sonda bir məsələni də xüsusi qeyd etmək istərdim ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini beynəlxalq müstəvidə də uğurla davam etdirir. Belə ki, AHİK hazırda dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-nın sədri cənab Səttar Möhbalıyev son üç seçkidə BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Əminliklə deyə bilərəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bütün üzv təşkilatlarla birlikdə, bundan sonra da işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində öz səylərini daha da artıracaqlar”, - deyə Cahangir Əliyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024