Yeni stansiyanın doğma şəhərimiz Mingəçevirdə qurulması əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq
Tarix: 20-02-2023 | Saat: 10:53
Bölmə:Özəl | çapa göndər
Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan daxili tələbatını ödəməyə, eyni zamanda, qonşu ölkələrə enerji ixrac etməyə imkan vermişdir. Bu gün isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi yeri və rolu olan dövlətlərdən biri kimi səciyyələndirilir. Ölkəmizdə həyata keçirilən enerji siyasəti, bu sahədə həyata keçirilən nəhəng və qlobal layihələr xüsusi önəm daşıyır. Fevralın 13-dəö “gülüstan” sarayında keçirilən mərasim də belə bir layihənin əsasının qoyulmasına həs olunmuşdur. Belə ki, Mingəçevir şəhərində müstəqillik dövrünün ən böyük 1280 Mvt gücündə İES-nin tikintisinin təməlqoyma mərasiminddə ölkə başçısı iştirak və çıxış etmiş, bu sahədə həyata keçirilən işləri qiymətləndirmişdir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, ömrü ən azı 20 il uzadılıb, etibarlılıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib, 620 MVt-dan artıq “itirilmiş” güc bərpa olunub. Lakin köhnə nəsil 8 enerji blokunun faydalı iş əmsalı 38,5 faizdən artıq deyil və bu da hər kilovat-saat elektrik enerjisinə sərf edilən şərti yanacağın miqdarının 330 qramdan artıq olması demək idi. Digər tərəfdən, nəinki ölkədə, ümumiyyətlə Avropada enerjiyə artan tələbat və ixrac imkanlarının genişlənməsi də əlavə tədbirlərin görülməsini zəruri edirdi. Bu səbəbdən də “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən “Azərbaycan” İES-in mövcud ötürücü sistem və kommunikasiyalarına inteqrasiya olunmaqla əlavə yeni elektrik stansiyasının layihəsi hazırlanmışdır.
Yeni İstilik Eklektrik Stansiyası “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək və Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng elektrik stansiyası yaradılacaq. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək, 500 və 330 kV-luq yarımstansiyalarda kompleks genişləndirmə işləri aparılacaq.
Bütün bunlar çox az müddətdə həyata keçiriləcək və stansiya 2025-ci ildə işə salınacaqdır. Cənab Prezident stansiyanın tikintisində beynəlxalq əməkdaşlığın, xüsusən hazırda bizimlə çox sıx əməkdaşlıq edən İtaliya şirkətlərinin əhəmiyyətini qeyd edərək demişdir: “Yəni, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir.”
Bu gün Azərbaycan dünyaya enerji ixrac edir. Bu gün dünya gücləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edir. Azərbaycan öz enerji təhlükəsizliyin təmin edən azsaylı ölkələrdən biri kimi diqqət çəkir. Bütün bu nailiyyətlərin əsası hələ sovetlər dövründə- Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulub. O dövrdə Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub. İndi isə bu siyasəti onun layiqli davamçısı cənab İlham Əliyev uğurla həyata keçirir. Cənab Prezident məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb.
Son olaraq qeyd edək ki, yeni stansiyanın doğma şəhərimiz Mingəçevirdə qurulması əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024