Mobil versiya
Göygöl rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə silsilə tədbirlərə start verildi -Fotolar
Tarix: 16-02-2023 | Saat: 15:43
Bölmə:Seçki 2024 | çapa göndər

Göygöl rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə silsilə tədbirlərə start verildi

16 Fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatı fəallarının iştirakı ilə Göygöl rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə tədbirlərə start verildi. Ərazi partiya təşkilat sədrlərinin, Gənclər təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamlayaraq açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatlarını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Giriş nitqi ilə çıxış edən Vüqar İsayev 2023-cü ilin Heydər Əliyev ili elan olunmasını diqqətə çatdıraraq, xüsusi tədbirlər planı hazırlandığını, ilboyu silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını və təqvim planına uyğun olaraq həyata keçirildiyini bildirmişdir.
XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının, Xatın, Holokost, Oradur, Lidisa, Srebrenitsa və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan, insanlığa qarşı ən qatı terror aktı və bəşəriyyətə qarşı tarixi cinayət olduğunu vurğulayan Vüqar İsayev Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində verildiyini və 26 fevral - “Xocalı soyqırımı günü” elan edildiyini bildirmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasının Xocalı soyqırımının beynəlxalq cinayət olaraq dünyaya çatdırılmasında böyük rolunun olduğunu qeyd etmişdir.
Üçbulaq kənd Ərazi partiya təşkilatının sədri Nigar Səfxanova “Erməni vandalizminin Xocalı izləri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Digər çıxış və nitqlərdə Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır” fikri aktuallığı ilə səsləndirilmiş, 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm qələbədən qürurla danışılmışdır.
Müzakirələr başa çatdıqdan sonra YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev Ərazi partiya təşkilat sədrləri ilə təlimati söhbətlər aparmış, partiya işinin keyfiyyət göstəricilərinin artırılmasının zəruriliyi önə çəkərək, ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə vaxtaşırı yığıncaqların keçirməsinin, görülən işlər müzakirə olunaraq qarşıda duran vəzifələrin və hədəflərin müəyyən olunmasının vacibliyini bildirmişdir.
Partiyaya qəbul məsələsinə həssas və ciddi yanaşmaqla layiqli şəxslərin üzvlüyə qəbul olunmasını, uçot işini dəqiq aparmaqla üzvlük haqlarının vaxtında ödənilməsini, Nizamnamə qaydalarına əməl etməyən, üzvlük haqqı ödəməyən, partiya nüfuzuna xələl gətirən şəxslərin müəyyən olunmasını, ərazidə baş verən bütün proseslərin nəzarətdə saxlanılmasını, neqativ hallara qarşı barışmaz mövqe göstərilməsini, problemlərin həlli üçün münasibət bildirilməklə təsirli tədbirlər görülməsi üçün lazım gəldikdə aidiyyəti üzrə məsələ qaldırılmasını diqqətə çatdırmışdır.

Yekunda hazırlanmış sənəd nümunələri və tövsiyələr iştirakçılara paylanılaraq qarşıda duran vəzifələr açıqlanmış və görüləcək işlərlə bağlı lazımi tapşırıqlar verilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024