Mobil versiya
Gənclər təşkilatları Bakı və regionlarda fəaliyyətlərini davam etdirirlər -Fotolar
Tarix: 16-02-2023 | Saat: 14:19
Bölmə:Özəl | çapa göndər

Gənclər təşkilatları Bakı və regionlarda fəaliyyətlərini davam etdirirlər

NAYORA üzv gənclər təşkilatları ilə birlikdə “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində Bakı və müxtəlif regionlarda bir sıra layihələrin icrasını davam etdirir.

Proqram çərçivəsində 2022-2023-cü illər ərzində 6 istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyinin göstərilməsi planlaşdırılmışdı. 2023-cü ildə keçiriləcək 7 layihədən üçünün icrasına artıq başlanılıb.

İndiyədək Bakı, İsmayıllı və Balakən şəhər/rayonlarında keçirilən layihələrdə 200-ə yaxın gənc təlim və seminarlarda iştirak edib.

Proqram çərçivəsində cari il üzrə ilk fəaliyyətə başlayan təşkilat İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi oldu. İsmayıllı rayonun Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərini əhatə edən “Kəndimizin İntellektual Gəncləri” layihəsi zamanı 30-dan çox komanda yarışda mübarizə apararaq Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzularda sualları cavablandıraraq müxtəlif hədiyyələr qazanıblar. Kənd gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Müxtəlif vörkşop və təlimləri özündə birləşdirən daha bir layihə isə İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən Balakən rayonunda 3 gün müddətində davam edən "Gənclər üçün layihələrin yazılması təlimləri" oldu. Layihənin məqsədi Balakən gəncləri üçün layihələrin yazılması və idarə olunması istiqamətində fəaliyyətlər təşkil etməklə onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək olub.

Bakı şəhərində hələ də davam etməkdə olan “Gənclər vətənpərvərlik ruhunda” layihəsi Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində bir görüş keçirilmiş, əlavə iki görüşün keçirilməsi isə planlanmışdır.

Mart ayının sonunadək daha 4 layihə Bakı şəhəri və Zərdab rayonunda icra olunacaq.

Məlumat üçün vurğulamaq istərdik ki, proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024