Mobil versiya
İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi
Tarix: 15-02-2023 | Saat: 11:21
Bölmə:Seçki 2024 | çapa göndər

İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi

Azərbaycan İES – Azərbaycan İstilik Elektrik Stansiyasının tikintisinə 1974- cü ildə başlanmışdır. Azərbaycan İstilik Elektrik Stansiyasının gücü 2400 MVt-dır. Elektrik stansiyasının birinci bloku 1981- ci ildə - Ulu öndərin rəhbərliyi zamanı, səkkizinci enerji bloku isə 1990- cı ildə istismara verilmişdir. İstilik Elektrik Stansiyası 1981- ci il oktyabrın 20 -də Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası kimi istifadəyə buraxılır. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidentinin 2004- cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən hər il 20 oktyabr “ Energetiklər Günü” kimi qeyd edilir. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti dövründə qalan 7 blok da inşa edilmişdir. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik.
Qeyd edilən məlumatlara görə İES -ləri bərk ( əsasən kömür), maye (əsasən mazut) və qaz ( əsasən təbii qaz) yanacağı ilə işləyən stansiyalara ayırırlar. İstilik Elektrik Stansiyasından enerji almaq üçün dünyada daha çox kömürdən istifadə olunur. Ancaq ölkəmizdə elektrik enerji istehsalında 80- 87% qaz və 13-20% maye yanacaqdan istifadə edilir.
Azərbaycan İstilik Elektrik Stansiyası Azərbaycanın Mingəçevir şəhərində yerləşir. İstehsal gücü 300 MVt olan 8 aqreqatdan ibarət neftlə işləyən elektrik stansiyasıdır. Azərbaycan İstilik Elektrik Stansiyası yarandığı gündən ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Amma 2018- ci ildə stansiyada qəzanın baş verməsi nəticəsində ölkəmizin yarıdan çoxu qaranlıqda qalmışdı. Stansiyada baş verən digər qəza nəticəsində min kiloqrama qədər yağ ətrafa yayılmış, bir sıra kabellərin üzərinə tökülərək güclü yanğına səbəb olmuşdur. Nəticə etibarilə bir – birinin ardınca qəzalar baş vermiş və bu da ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdur.
Son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Onların arasında “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox , “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat olan stansiyalar ən böyük stansiyalardır.
Bundan sonra da hər zaman stansiyada yenidənqurma işləri davam etdirilmis və bununla bərabər digər işlər də paralel aparılmışdır. Eyni zamanda yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilmişdir.
Bildiyimiz kimi fevralın 13- də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1800 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə ölkəmizin başçısı “Əminəm ki, biz yaxın zamanlarda – 2025- ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.” deyə çıxışında bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu çox əlamətdar hadisədir, olkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda da Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Mingəçeviri nəyinki Azərbaycanın ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub deyən dövlət başçısı bildirib ki, Mingəçevir Elektrik Stansiyasının 2018- ci ildə tamamilə yenidən qurulması prosesi başlanıb. Beləliklə 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlayıb.
Təməli qoyulan stansiyanın ümumi dəyəri təxminən 400 milyon dollara qədər olacaq və stansiyanın tikintisinə İtaliya və Çin şirkətləri cəlb olunacaq. Azərbaycanın elektrik enerjisi də Avropaya çatdırılacaq.
Mərasim çərçivəsində “Azərenerji” İtaliyanın “Ansaldo Energia” şirkəti ilə elektrik stansiyası üçün dörd qaz turbininin tədarükünə dair müqavilə imzalayıb.
Təməlqoyma mərasiminin sonunda Prezident İlham Əliyev və İtaliyanın müəssisələr və “Made in İtaly” naziri Adolfo Urso stansiyanın təməlini qoyublar.

Cananə İsmayıl qızı
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024