Mobil versiya
YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə növbəti "Heydər Əliyev dərsləri" keçirilib -Fotolar
Tarix: 14-02-2023 | Saat: 16:55
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə  növbəti "Heydər Əliyev dərsləri" keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və onun zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə fevralın 14-də YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə 216 nömrəli tam orta məktəbdə növbəti "Heydər Əliyev dərsləri" keçirilib. Açıq dərsin iştirakçıları məktəbin X-XI sinif şagirdləri olublar.
Açıq dərsin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və qardaş Türkiyədə zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açıq dərsə qatılan X-XI sinif şagirdlərinə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı Rauf Əliyev tərəfindən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda mühazirə oxunub.
Şagirdlər qarşısında çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevə həsr olunan dərslərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir və onu öyrənmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.
Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, biz bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.
Diskussiya şəklində davam edən açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar cari ilin fevral ayından başlayaraq YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər rayonunun bütün məktəblərində açıq dərslər keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024