Mobil versiya
YAP Səbail rayon “Nigar Rəfibəyli 6” ərazi partiya təşkilatında iclas keçirilib -Fotolar
Tarix: 14-02-2023 | Saat: 14:34
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Səbail rayon “Nigar Rəfibəyli 6” ərazi partiya təşkilatında iclas keçirilib

İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev, təşkilatın əməkdaşı Fuad Heydərli və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

aia.az xəbər verir ki, çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.
Daha sonra “Nigar Rəfibəyli 6” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə yeni sədr və sədr müavini müəyyənləşib.
Yekdilliklə Fayaz Hüseynov ərazi partiya təşkilatının sədri, Zülfiyyə Muradova sədr müavini seçilib.
M.Nağıyev yeni seçilmiş  sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.
Fayaz Hüseynov ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024