Mobil versiya
Türkiyədə baş verən zəlzələ bütün dünyanı sarsıtdı.
Tarix: 14-02-2023 | Saat: 09:27
Bölmə:Özəl | çapa göndər

Türkiyədə baş verən zəlzələ bütün dünyanı sarsıtdı.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatı və dağıntılar barədə xəbərləri Azərbaycan xalqı çox sarsıntı və sonsuz kədər hissi ilə qarşılamışdır. Türkiyədə baş verən zəlzələ bütün dünyanı sarsıtdı. Zəlzələ baş verdikdən sonra, elə ilk dəqiqələrdən Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi Türkiyənin yanında olmağa çalışdı. Ölkə başçısı, birinci vitse-prezident öz başsağlığı mesajlarını verdilər. Belə ağır günlərdə mütləq qardaş-qardaşının yanında olmalıdır. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Azərbaycan dövləti zəlzələdən dərhal sonra bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar. Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilir. Sadə vətəndaşlar öz imkanlarını bu işə səfərbər edib. Bütün bunlar, mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir. Azərbaycan xalqı Türkiyənin hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olduğunu unutmur.
44 günlük Vətən müharibəsində Türkiyə elə ilk dəqiqələrdən etibarən son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək Azərbaycanın əsl qardaşı olduğunu sübut edib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə siyasi müttəfiqliyimizin və ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır. Qürurvericidir ki, cənab Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki,  iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir. Qardaşlıq hissi ilə onu da vurğulayaq ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər və sahibkarlıq qurumları “Qardaş köməyi” adlı platforma yaradıb. Fevralın 8-də Bakıdakı “KOB Evi”ndə təqdimatı keçirilən bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər də qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara çoxsaylı ləvazimatlar göndərir. Qardaş dövlət və Azərbaycanın ən etibarlı müttəfiqi olan Türkiyə Respublikasının bir sıra ərazılərində misli görünməyən, çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olan zəlzələ dərhal ölkəmizi və xalqımızı hərəkətə keçirdi. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ölkə və xalq olaraq əlimizdən gələni əsirgəmirik. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır.
Azərbaycanın ayrı-ayrı nazirlikləri, idarə və müəssisələri, dövlət qurumlarının hamılıqla Türkiyəyə dəstək məqsədilə səfərbər olublar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar. Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan xalqının göstərdiyi dəstək həm də iki xalqı bir-birinə bağlayan tellərin kifayət qədər möhkəm olduğuna dair dünyaya önəmli mesaj verir. Azərbaycan və Türkiyə bir-birinə dost, qardaşdır, birinin uğuru, kədəri o birisinin də uğuru və kədəri deməkdir.  Cənab Prezidentimizin də dediyi kimi, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024