Məhv olan binalar deyil,insanlar oldu
Tarix: 13-02-2023 | Saat: 21:05
Bölmə:Özəl | çapa göndər
Bildiyimiz kimi son günlərdə dünyanın gündəmini qardaş ölkə Türkiyədə baş verən zəlzələ zəbt edib. Fevral ayının 6-sı səhər saatlarında bakı saatı ilə 05:17-də Türkiyəni əsrin fəlakəti adlandırılan Kahramanmaraşda olan iki böyük zəlzələ sarsıdıb. Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə olan zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Axtarış-xilasetmə işlərinin 7-ci günündə 10 vilayətdə ümumi can itkisi 31 min 643-ə yüksəlib. Yaralıların sayının 80 min 278, dağılan binaların sayının isə 6 min 444 olduğu açıqlanıb. Dağıntılar altında qalan insanların sayı ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Lakin bu rəqəmlər hər saat dəyişir.
Verilən məlumatlar əsasən araşdırmaçılar baş verən zəlzələnin təsirinin “500 atom bombasına bərabər” olduğu deyilir.
Birinci zəlzələnin müddəti 65 saniyə, ikinci zəlzələnin dağıdıcı təsirinin isə 45 saniyə olduğu bildirilir.
Minlərlə insanın dağıntılar altında qaldığı,evlərinin onların “məzarına”çevrildiyi zəlzələdə xilasetmə işləri dayanmadan davam edir.
Zəlzələ baş verən gündən Türkiyədə məktəblər ikinci bir qərara kimi tətil edildi. Eyni zamanda 3 ay müddətində fövqəladə hal elan edildi. Bunula yanaşı Türkiyə Cümhuriyyətində universitetlər distant təhsilə keçid etdi. Çünki zəlzələ təhlükəsi hələ də davam edir. Tikilən yeni binaların etibarsızlığı,hasarlı olması insanlarən təşvişə düşməməsində heç də kömək etmir. İnsanlar hələ də qorxu,panika halındadırlar. Ara-ara baş verən artçı zəlzələlər nəticəsində də hasrlı binalar çökmüş, insanlarım tvişini daha da artırmış,və onsuz da çətin olan vəziyyəti daha da çətin hala gətirmişdir.
Bəli,məhv olan,dağılan binalar olmadı. Dağılan insan həyatı oldu. Dağıntılar altında qalmış insanlar öz canlarını,analarını, atalarını, sevdiklərini-ən yaxınlarını itirdilər. Şansı olub da sağ qalanların çoxu yaxınlarını,doğmalarını itirdi. Sakinlərin çoxu isə günlər keçməyinə baxmayaraq hələ də dağıntılar altındadırlar. Axtarış-xilasetmə əməliyyatı sayəsində günlər ərzində minlərlə insanın həyatını xilas etmək mümkün olsa da, əfsuslar olsun ki, dağıntılar altından sağ çıxa bilməyən insanların sayı da olduqca çoxdur.
İnsanların çoxunun yatdığı bir vaxtda-gecə saatlarında qapını döyən bu fəlakət, dünya üzərində “yüz ilin fəlakəti”adlandırılır.
Zəlzələdən zərər çəkmiş bölgə Türkiyədə bir çox ölkələrdən daha geniş coğrafiyadır.5,5 milyonluq bir bölgədir.Həm coğrafiya, həm əhali sıxlığı, həm də genişlik Türkiyənin tək başına bu çətin vəziyyətdən çıxmağına şərait yaratmır.Yəni Türkiyə o fəlakətdən çıxa bilmir.Bu hadisəni 4-cü dərəcəli fəlakət elan etmək onsuz da beynəlxalq yardım istəmək deməkdir. Qardaş ölkəyə yardım göndərən ilk ölkə də elə məhz Azərbaycan olmuşdur. Azərbaycan xalqı və bütün dövlət qurumları bütün gücü ilə Türkiyəyə dəstək olur.
Zəlzələ haqqında ilk xəbər alındıqdan dərhal sonra Azərbaycan Respublikasının cənab prezidenti İlham Əliyev qardaş Türkiyə Cümhuriyyətinə ilk mərhələdə 370 nəfərlik axtarış-xilasetmə işçiləri göndərilməsi haqqında əmr verdi. Daha sonra ümumilikdə Azərbaycandan axtarış əməliyyat işlərinə 725 xilasedici və tibb işçiləri göndərildi.
Bununla yanaşı “SƏNİNLƏYƏM TÜRKİYƏM!” adlı yardım kampaniyası da yaradılıb. Belə həssas məqamlarda sui-istifadə halları yol verilməzdir.
Zəlzələdən zərərçəkmiş əhaliyə humanitar yardım göndərildi. Təmiz və isti paltar,yorğan,qidalar və.s kimi zəruri ləvazimatlar bir çox qurumlar eyni zamanda insanpərvər Azərbaycan xalqı tərəfindən toplanılıb qardaş Türkiyəyə dəstəyə göndərildi.
Nəhayət, 8 fevral tarixində Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ qurbanları üçün topladığı humanitar yardım materiallarını daşıyan və Bakıdan yola düşən 12 yük maşını Türkiyəyə daxil olub.
Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Azərbaycandan yola düşən 12 yük maşını axşam saatlarında Bitlisin Adilcevaz rayonundan keçərək zəlzələ bölgəsinə gedib.
Bölgədən sözügedən karvandakı vasitələrin qarşısında Türkiyə və Azərbaycan bayraqları diqqət çəkib. Bunlar da qardaş ölkə xalqını motivasiya edir.
Bu güə kimi Türkiyəyə 8 təyyarə və 24 yük maşını vasitəsilə humanitar yardım göndərilib. Biz həmişə “səninləyik Türkiyə”. Zəlzələ qurbanlarından sağ qalanlara səbr,həlak olanlara isə Allahdan rəhmət diləyirik.
Billurə Hüseynli,
ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024