Mobil versiya
Gəncədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd edilib -Fotolar
Tarix: 13-02-2023 | Saat: 17:54
Bölmə:Özəl | çapa göndər

Gəncədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd edilib

13 fevral Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümüdür.
aia.az xəbər verir ki, bu münasibətlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrinin rəhbərliyi, o cümlədən şəxsi heyəti şəhərin baş meydanında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bildirilib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Həmçinin qeyd olunub ki, prezidentin hərbi xidmətə çağırış haqqında verdiyi fərmanlar Gəncədə də həmişə vaxtında icra olunur, çağırış tapşırıqlarına lazımi qaydada əməl olunur. Bu baxımdan xidmətin şəhər şöbələrinin şəxsi heyəti də qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılıb. Ötən 11 il ərzində qurum Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024