Şagirdlərdə davranış pozuntuları, aradan qaldırılma yolları
Tarix: 12-02-2023 | Saat: 16:28
Bölmə:Təhsil | çapa göndər
Hamımızın müşahidə etdiyimiz kimi, dövrümüz müasirləşdikcə məktəbdə şagirdlər arasında davranış pozuntuları geniş yayılır. Təbii ki, bu o demək deyil ki, 30 il əvvəl məktəblərdə bir dənə belə bu cür hal yaşanmırdı. Əlbəttə, insan hər dövrdə insandır, şagird hər dövrdə şagirddir. Həmçinin toplumun olduğu mühitdə hər kəsin eyni, mükəmməl olmasını gözləmək da ağılabatan deyil. Buna baxmayaraq, yaşlı nəslin nümayəndələrindən tez-tez “bizim zamanımızda bu qədər deyildi” ifadəsini eşidirik. Biz çox hallarda haqq da veririk. Bəs, buna səbəb nədir? Məktəb yaşlı uşağın davranış pozuntusunun səbəbini araşdırmaq istəsək, lap balacalığından- 0-7 yaş aralığından başlamaq lazımdır. Hansı ki, bizim duyğuları, sözləri, həyatı öyrəndiyimiz zaman aralığından. Uşaqlarda olan sevgi əskikliyi, özgüvənsizlik zamanla yerini aqressiyaya verir. Başqa sözlə desək, bu günün öpülməyən, qucaqlanmayan, başına sığal çəkilməyən uşaqları sabahın davranış pozuntulu şagirdlərinə çevrilir. Məktəbdə intizam qaydalarını pozan, yoldaşları ilə dalaşan, qışqıran, ağlayan uşaqlar əslində, hamısı bir ağızdan “Məni gör!” deyirlər. “Məni duy!”, “Məni gör!”, “Mənim fərqimə var!” çağırışlarını isə biz sadəcə “dəcəl qışqırıqlar”, “ərköyün ağlamalar” şəklində eşidirik. Belə məqamda valideyn və müəllimin üzərinə paralel məsuliyyət düşür. İnsanı bir ağac kimi düşünək. Doğulan gündən başlayaraq bu “ağaca” bir çox arxlardan su gəlib tökülür. Bunun biri valideyn, biri müəllim, bir digəri cəmiyyət, başqa biri qohumlardır. Bu siyahını uzatmaq da olar. Hərənin bir təsiri olur insan həyatına, hərə bir cığır salır. Bu təsirlər isə ən çox məktəb yaşlarında özünü göstərir. Bir az da irəli gəlib yeniyetməlik yaş dövrünə nəzər saldıqda isə ibtidai sinifdə müşahidə edilən o davranış pozuntuları artıq başqa xarakter alır. Əvvəllər qışqıran, bir yerdə dayanmaq istəməyən, aqressiya sərgiləyən uşaqlar bu dövrdə artıq daha təhlükəli hərəkətlərə və davranışlara yiyələnir. İnsan ətrafında olan 5 ən yaxın insanın ortalamasıdır. Bu da o deməkdir ki, insanın həyatında doğulduğu ailədən sonra ən önəmli amil ömür keçirdiyi mühitdir.
Son dövrlərdə sosial şəbəkə platformalarında çoxsaylı videolarla qarşılaşırıq. Bu videolarda şagirdlər arasında bullinq (zorakılıq) halları, müəllim-şagird münaqişələrindən tutmuş məktəbdə “tiktok çəkən qəhrəman şagirdlər”ə qədər bir çox xoşagəlməz hallarla rastlaşırıq. Ən pisi isə odur ki, sanki nümunəvi halmış kimi bu hallar ictimailəşdirilir. İctimailəşdikcə daha da çoxlır. Çünki yayıldıqca adiləşir. Adiləşən şeylərin isə insanlar sanki pis hərəkət olduqlarını unudurlar. Bu eynilə intihar xəbərləri yayıldıqca gənclərin daha çox intihara meyllənməsi kimidir. Belə ki, artıq hər gün televizorda, sosial şəbəkələrdə intihar xəbərlərinə şahid olan gənc üçün intihar halı sıradanlaşır. İndiyə qədər heç bir problem ictimailəşdirilməklə öz həllinə qovuşmamışdır. Çünki ictimailəşdirmək bir aradan qaldırma üsulu yox, bir təbliğ üsuludur. İnsanlar gördüklərini təkrarlamağa meyllidirlər. Ən əsası isə mənfi hallar, hadisələr insanlar, xüsusən də azyaşlı və gənclər üçün daha cəlbedici görünür.
Beləliklə də müasir dövrdə davranış pozuntuları hallarının artması səbəbinə də aydınlıq gətirmiş olduq. Əvvəl sadəcə psixoloji travmalar buna səbəb idisə, indi həm o, həm də müasir texnologiyaların yanlış istiqamətdə istifadəsi səbəbdir.
Belə hallarda müəllimlər və valideynlər xüsusilə diqqətli olmalıdırlar. Uşaqların həyatını yalnız dərsdən ibarət etməyə çalışmaq böyüklərin ən böyük səhvlərindəndir. Qəbul edək ki, nə qədər dərsə həvəsli şagird olur,olsun dərs oxumaq düşünüldüyü qədər də əyləncəli deyil şagirdlər üçün. Ağ vərəq qara hərflər uşaqların həyatını monotonlaşdırır. Nəticə etibarilə onlar yeni “həyəcanlar” axtarmağa başlayır. Qadağan olunmuş hər şey isə xüsusilə “həyəcanvericidir”. Yaxşı olardı ki, şagirdlər dərslərindən əlavə qalan vaxtlarda sağlam hobbilərə zaman ayırsınlar. Bu şəraiti isə valideyn və məktəb heyəti yaratmalıdır. Gənclərin daxilində olan bitməz-tükənməz enerji düzgün istiqamətlərə yönəlməlidir. Buna isə böyüklər şərait yaratmasalar azyaşlıların özlərinin öz enerjilərini yönəltmək üçün istiqamət tapmaları qaçınılmazdır. Bəs hər azyaşlı yol göstərəni olmadan düzgün istiqaməti tapma potensialına sahibdirmi? Burası sual altındadır.
Elşanə Hüseynli,
ÜMUMGƏNCLƏR ictimai birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024