Mobil versiya
Davamlı dəstək
Tarix: 10-02-2023 | Saat: 19:02
Bölmə:Seçki 2024 | çapa göndər

Davamlı dəstək

Müstəqillik əldə etdikdən sonra Azərbaycan mühüm layihələrə imza atmışdır. Azərbaycanın inkişafı nöqteyi-nəzərindən belə layihələrin həyata keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın əlverişli təbii şəraitinin və təbii resurslarının olduğunu nəzərə alsaq bu cür layihələrin həyata keçməsi üçün bir əngəl olmadığını anlayırıq. Məhz belə layihələrdən biri də Cənubi Qaz Dəhlizi layihəsidir. Bu layihə özündə TANAP və TAP qaz kəmərlərinin genişləndirilməsini nəzərdə tuturdu. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi Şahdəniz yatağında istehsal edilən qazın TANAP və TAP boru kəmərləri vasitəsilə əvvəlcə Türkiyə daha sonra isə Avropaya çatdırmaqdır. Ölkəmizin universal inkişafını dəstəkləmək məqsədilə müntəzəm olaraq addımlar atılır. Cənab prezidentimizin rəhbərliyi ilə cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət şurası  çərçivəsində nazirlərin doqquzuncu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclas keçrilmişdir. İclasda iştirak edən prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, Strateji tərəfdaş olan Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır. Rumıniya prezidenti olan görüşündə də bundan bəhs edilmişdir.  Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir.

Azərbaycan əldə olunan müsbət nəticələrlə kifayətlənməyərək daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlayıb. Çünki enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Dövlət başçısı İlham Əliyev çıxışı zamanı bu xoş xəbərin də anonsunu vermiş oldu. Belə ki, bu məqsədlə yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması olduqca əhəmiyyətlidir və bu istiqamətdə də nəzərdə tutulan işlər uğurla həyata keçirilir.Postmodernizm dövrünün əsas tələblərindən biri də dövlətlərin enerji təhlükəsizliyi məsələdir. Dövləti siyasətində bu məsələ xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə atılan addımlar Azərbaycana daha güclü gələcək vədd edir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Bu səbəbdəndir ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar baş versə də, onu mümkün qədər tez başa çatdırmağı bacardıq. Bugün biz həmin layihənin genişlənməsi istiqamətində işimizi davam etdiririk. Cənub Qaz Dəhlizi artıq iki ildən çox vaxtdır ki, fəaliyyətə başlayıb. Bu gün TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında müzakirə aparırıq.

Prezdent İlham Əliyev çıxışının  sonda  Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacağını və  bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməli olduğumuzu vurğulamışdır.  Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurla nəticələnmişdir. Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Hədəflərimiz böyük olduğu üçün səylərimiz daha da böyükdür.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024