Mobil versiya
Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğuna bütün dünya gördü
Tarix: 10-02-2023 | Saat: 15:09
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğuna bütün dünya gördü

Türkiyə və Azərbaycanın bir-biri ilə nə qədər yaxın olduqlarını zamanında Ümummilli Lider Heydər Əliyev çox dəqiq ifada edib: “Bir millət, iki dövlət”. Bu ifadənin gerçək olduğunu aradan keçən dövrdə Azərbaycan və Türkiyə münasibətlərində nəzərə çarpan inkişaf tempi də, iki dövlətin strateji tərəfdaş və müttəfiqlik səviyyəsində əlaqələri də sübut edib. Bu baxımdan, demək olar ki, Azərbaycan-Türkiyə münasibətlərinin analoqu dünyanın heç bir yerində yoxdur.
Dövlətlərimizin nə qədər yaxın olduğunu Ermənistanın yeni təxribatları nəticəsində 27 sentyabr 2020-ci ildə başalayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı da şahid olduq. Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın yanında yer alması xalqımız və dövlətimiz üçün əlavə güc mənbəyi oldu. Mənəvi dəstəyini Azərbaycandan əsirgəməyən qardaş dövlətin, eyni zamanda Vətən müharibəsi dönəmində öz xarici siyasətini Azərbaycan maraqları üzərindən qurması Türkiyənin növbəti qardaşlıq nümunəsi oldu.
Fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən və 20 minə yaxın insanın həyatına son qoyan zəlzələ Azərbaycan xalqını dərindən sarsıtdı. Eyni zamanda Azərbaycan dövləti Vətən müharibəsi zamanı tarixin çətin sınağı qarşısında Türkiyənin bizi yalnız buraxmadığı kimi, bu gün Azərbaycan Respublikasının rəhbərliyi Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan bu dəfə də qardaş dövlətin dərdinə şərik çıxdı. Belə ki, dünyada ilk olaraq dövlət başçısı İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına başsağlığı verib. Fevralın 7-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olaraq, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Bununla yanaşı, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin çoxsaylı xilasedici heyəti, xüsusi avadanlıqlar və digər vasitələr fevralın 6-dan Türkiyəyə göndərilib. FHN-in axtarış-xilasetmə heyəti xeyli sayda insanı dağıntıların altından xilas edərək yenidən həyata qaytarıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daha bir göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimləri Türkiyəyə yola salınıb.
Azərbaycan xalqı Türkiyənin ağır günlərində hər bir sahədə əlindən gələni əsirgəmir. Vətəndaşlarımız türkiyəli qardaşlarına maddi və mənəvi dəstək göstərmək üçün ilk gündən hərəkətə keçib. Hadisənin birinci günü soyuqda evsiz qalan insanlara dəstək üçün əhali tərəfindən müxtəlif yaş qruplarına uyğun olan paltarlar, yorğan, döşək və isidici avadanlıqları ilə dolu olan yük maşınları Türkiyəyə yola salınıb.
Azərbaycanda və dünyada genişmiqyaslı humanitar fəaliyyətlərlə yaddaqalan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yardım kampaniyası başladılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə humanitar yardım göndərilir. Azərbaycan yanacaq sahəsində də Türkiyə dövlətinə yardım göstərir. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə maşınlarını və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizel yanacağı ilə təmin edir.
Beləliklə, “Əsrin facisəsi” adlanan və minlərlə insan tələfatı ilə müşayiət olunan 6 fevral zəlzələsi Türkiyə və Azərbaycan dövlətlərinin, xalqlarının ayrılmaz münasibətlərini bir daha ortaya qoydu. Baş vermiş fəlakətə ilk reaksiya verən və yardım əlini uzadan Azərbaycan daim qardaş Türkiyənin yanında olduğunu bütün dünya gördü.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024