Mobil versiya
Niyazi Bayramov Türkiyədə zəlzələ nəticəsində zərəçəkənlər üçün yardım toplanan məntəqədə olub -Fotolar
Tarix: 09-02-2023 | Saat: 12:33
Bölmə:Özəl | çapa göndər

Niyazi Bayramov Türkiyədə zəlzələ nəticəsində zərəçəkənlər üçün yardım toplanan məntəqədə olub

Gəncə şəhər sakinlərinin təşəbbüsü ilə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün humanitar yardım toplanır. Bununla əlaqədar olaraq GALAKSİ Türk Tekstil Fabrikinin anbarında yardım məntəqəsi yaradılıb. Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, şəhər rəsmiləri qeyd edilən məntəqədə olublar. Şəhər rəhbərinə məlumat verilib ki, təbii fəlakətdən dərhal sonra səhər saatlarından başlayaraq gəncəlilər zəlzələlərdən zərər çəkənlər üçün yardımlar gətirirlər. Toplanılan yardımlar çeşidlənərək qutulara doldurulub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə insan həlak olub və xəsarət alıb. Baş vermiş təbii fəlakətlə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların xatirəsini anmaq üçün ölkədə bir həftəlik matəm elan edib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024