Mobil versiya
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır
Tarix: 08-02-2023 | Saat: 15:14
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır.Bu gün dünyada baş verənlərin fonunda etibarlı  tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür.Çünki mövcud geosiyasi mühit və digər amillər bunu labüd edir. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb.Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu,möhtərəm Prezidentimizin bu sahədə çoxşaxəli siyasətini, qəbul etdiyi qərarları Aİ-nin rəhbərliyi yüksək dəyərləndirir. Bu, Azərbaycanın uğurlu xarici siyasəti, dünya birliyində getdikcə artan nüfuzumuzun bariz təcəssümüdür.

Prezident İlham Əliyevin cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat ilə əlaqədar. Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Prezident İlham Əliyevlə görüşdə bir sıra məqamlara toxunulub. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır.Energetika təkcəRumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır.Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil.Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.

Prezident İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır.Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas verir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edəcəkdir.Bunun təminatı müzəffər ali baş komandan cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024