Kamandar İbrahimov: Azərbaycanın müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru növbəti addımı
Tarix: 06-02-2023 | Saat: 16:12
Bölmə:Özəl | çapa göndər
Etiraf etmək lazımdır ki, dünyada cərəyan edən qlobal proseslər əksər ölkələri həm siyasi, həm də iqtisadi cəhətdən cətin sınaqlarla üz-üzə qoymuşdur. Obyektiv çətinliklərə və üzləşdiyimiz maneələrə baxmayaraq, belə bir qloballaşan dövrdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev milli maraqlarımıza uyğun olan müdrik və qətiyyətli siyasi iradə nümayiş etdirərək xoş - firavan gələcəyə hesablanmış uzaqgörən addımlar atır. Dövlət Başcımız hər zaman olduğu kimi, hazırda da xarici siyasətində beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə sadiq qalaraq, bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı, etibarlı əməkdaşlıq sərgiləyir. Əsas beynəlxalq təşkilatlar və əksər dünya dövlətləri Prezidentimizin dəyişməz siyasi iradəsinə əmin olduqları üçün, zaman ötdükcə ölkəmizlə əməkdaşlığa daha çox üstünlük verirlər. Sözsüz ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər bölgədə yeni reallıqiar yaratmış və zaman keçdikcə, dünya gücləri tərəfindən daha çox nəzərə alınır və dəyərləndirilir.
Möhtəşəm Zəfərdən sonra region ölkələri ilə yanaşı, dünyanın digər aparıcı dövlətləri də ölkəmizlə bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verirlər . Belə ölkələrdən biri də Azərbaycanın səmimi və əsl dostu, müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biri olan Rumıniyadır. 1991-ci ildən başlayaraq Azərbaycan – Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq şəraitində inkişaf etməkdədir. Hələ 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirmişdir.. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilmişdir. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər etmiş və önəmli görüşlər keçirmişdir.
Fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanlar vardır. Çünki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq cox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Təbii ki, Azərbaycan – Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında bildirib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda, ticari - iqtisadi sahələrdə də yüksək nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari - iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.
Energetika məsələsinin təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olduğunu qeyd edən Möhtərəm Prezidentimiz demişdir: ”Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.
Prezidentimiz iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini Azərbaycanın uğurla icra etdiyini və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildiyini də diqqətə çatdırdıraq qeyd etdi ki, keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərdi ki. ölkəmiz öz qaz ixracatını sürətlə artırır. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Rumıniya Prezidenti Klaus Yohannisin bu səfəri zamanı əldə olunan cox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq demək olar ki,görüş zamanı müasirliyə , inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addımlar atılmışdır. Əminik ki, Azərbaycan – Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan - Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
Kamandar İbrahimov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024