Mobil versiya
YAP Səbail Rayon Təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət ediblər -Foto
Tarix: 06-02-2023 | Saat: 11:46
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Səbail Rayon Təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədr müavini Nicat Hüseynov və rayon təşkilatının məsləhətçiləri Lamiyyə Hacızadə və Fuad Heydərli Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun qızı Nazlını doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Şəhidin anası Gültəkin Qənbərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024